Sərxoş sürücü barədə avtomobil özü polisə məlumat ötürəcək - YENİ TEXNOLOGİYA
Sərxoş halda nəqliyyat vasitələrinin idarə edilməsi əksər ölkələrdə ciddi problem olaraq qalır. Məsələn, təkcə Azərbaycanda fevral ayında 969 nəfər bu qayda pozuntusuna görə məluliyyətə cəlb edilib.
Avtosfer.az xəbər verir ki, indi sərxoş sürücülərin süni intellekt vasitəsi ilə də aşkarlanması mümkün olacaq. Avropanın avtomobil saytları yazır ki, nəqliyyat vasitələrinə tətbiq edilən süni intellekt təkcə sürücünün əmrlərini yerinə yetirmir. O həm də sürücünün digər davranışlarını, hətta danışığını qeydə ala bilir.
Süni intellekt sürücünün hansısa sağlamlıq problemi (ürəktutma, iflic, infarkt və s.) və ya qeyri-adekvat davranışını da (alkoqol və ya narkotikin təsiri ilə) müəyyən edə bilir. Belə hallarda elektronika avtomobili bloklaya və polisə məlumat ötürə bilər.
Təbii ki, hələlik belə bir sistem layihə şəklindədir və heç bir avtomobildə tətbiq edilmir. Amma yaxın aylarda Avropada istehsal edilmiş bütün avtomobillərdə bunu görmək mümkün olacaq.
Vüqar