Sürücüsüz avtobuslar səfərə başlayıb - FOTO - VİDEO
Cənubi Koreyanın paytaxtı Seulda ilk sürücüsüz avtobus reallığa çevrilib.
Avtosfer.az xəbər verir ki, Cənubi Koreyanın "42Dot" törəmə şirkəti özünü idarə edən ilk avtobus marşrutunu istifadəyə verib. İlkin məlumata görə, bu avtobusla gediş-gəliş heç bir xərc tələb etmir. Avtobusdan pulsuz istifadə etmək üçün rezervasiya tələb olunur.
Sürücüsüz avtobuslar Coqnoqu ərazisində səfərlərə başlayıb. Avtobusların təxminən 3 kilometr məsafədə xidmət göstərdiyi açıqlanıb.
Avtobuslar kameralar vasitəsilə müəyyən edilmiş istiqamətdə hərəkət edə bilir. Bu avtobusa pulsuz minmək üçün mobil proqram vasitəsilə rezervasiya etmək lazımdır. Tətbiqlə bron etdikdən sonra insanlar təyin olunmuş iki dayanacaqda avtobusa minmək üçün gözləməlidirlər. Səfər ümumilikdə 20 dəqiqə çəkir. Avtobusun xarici görünüşü adi avtobuslardan bir qədər fərqlidir. "42 Dot" avtonom idarəsinin rəhbəri Jeong Seongyun dizaynın bilərəkdən bu formada hazırlandığını bildirib. Yeni sürücüsüz avtobus yuvarlaq kənarlara və böyük şüşələrə malikdir. Şirkət bildirib ki, məqsəd texnologiyanı ucuz, təhlükəsiz və əlçatan etməkdir.
baku.ws