Taksi xidmətində qazla işləyən avtomobillərdən istifadə olunacaq? - VİDEO

Yeni qaydaların qəbulundan sonra taksi xidməti göstərən sahibkarların qaz balonu ilə işləyən avtomobillərə üstünlük verdikləri deyilir.
Səbəb kimi isə mavi yanacağın daha sərfəli olması göstərilir.
Bəs belə nəqliyyat vasitələri taksi sürücülərinin özləri üçün də əlverişlidirmi?
Çünki, fikirlərini öyrəndiyimiz sürücülər deyirlər ki, avtomobili qaz sisteminə çevirmək həm maliyyə baxımdan doğru deyil, həm də bu, bir qədər təhlükəlidir.
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Musatafayev bildirir ki, qazla işləyən avtomobillər digərlərindən sərfəli hesab olunsa da, təhlükəsizlik sarıdan bəzi riskləri var. Xüsusilə qəza zamanı belə nəqliyyat vasitələrində partlayış ehtimalı yüksək olur.
Ekspertin fikrincə, elektrikli avtomobillərə daha çox üstünlük verilməlidir.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən isə bildirildi ki, taksi fəaliyyəti üçün buraxılış kartı almaqdan ötrü avtomobillər ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır. Standartlara cavab verən bütün nəqliyyat vasitələri taksi kimi istifadə oluna bilər.
Daha ətraflı videomaterialda:
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO
Rusların yeni elektromobili Çininkindən daha ucuz olacaq – İDDİA










