Taxtadan hazırlanmış “Rolls-Royce” avtomobili - VİDEO

Vyetnamlı bir kişi “Rolls-Royce” model avtomobilinin taxtadan hazırlanmış versiyasını təqdim edib.
Maşın 6 təkərdən ibarətdir və yığcam formadadır. Onu rahatlıqla idarə etmək mümkündür.
Maşının daxili xüsusi diqqətlə hazırlanıb. Belə ki, salonu naxışlı oturacaqlardan və onlardan asanlıqla çıxarıla bilən baş dayaqlardan ibarətdir. Mərkəzi hissədə əşyalar üçün kiçik qutu var. Qutunun qapağı çox sadə və tez açılıb-bağlanan mexanizmə sahibdir. Həmçinin, avtomobil üçün işlək faralar və işıqlar düzəldilib. Onun kiçik elektrik mühərriki də var.
Avtomobili hazırlayan şəxs oğlu ilə birlikdə tez-tez şəhər ətrafında qısa səyahət edir. O, bu maşını oğlu üçün hazırladığını bildirib.
Qeyd edək ki, yayımlanan 15 dəqiqəlik videoda sadə lövhələrdən tutmuş, yonulmuş ağacdan hazırlanmış “Spirit of Ecstasy” heykəlciyinin quraşdırılmasına qədər prosesin bütün mərhələləri göstərilir. (lent.az)
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO
Rusların yeni elektromobili Çininkindən daha ucuz olacaq – İDDİA











