“Tesla”nın avtopilot yalanı - VİDEO

“Tesla” şirkəti elektromobil istehsalçıları arasında ən nüfuzlulardan olsa da, bəzən onun saxta işləri də üzə çıxır.
Avtosfer.az Avropa mətbuatına istinadla xəbər verir ki, bu günlərdə şirkətin videolarından birinin qurama olduğun aşkara çıxıb.
Videodan avtomobilin mobil telefonla idarə olunması, özünə parkinq yeri tapması və parklaması kimi mürəkkəb manevrlər əks olunub. Sanki avtomobil hər şeyi peşəkar sürücüdən daha yaxşı icra edir. Digər videoda sürücü sükanı tutmasa da, avtomobil şəhərdə sərbəst hərəkət edir, dönür, ötür və s. Sən demə...
İlon Mask bir müddət əvvəl avtomobilin tanıtımı ilə bağlı videolar çəkməyi tapşırıb. Lakin reklamla məşğul olanlar necə deyərlər işin “şitini çıxarıb”. İnterneti bürümüş reklamların çoxunda qeyri-real səhnələr yer alır.
Əslində hər bir avtomobil qabaqcadan proqramlaşdırılan marşrut üzrə hərəkət edib. Parkinqdə baş verən xırda qəzalar isə sadəcə olaraq montaj zamanı qayçılanıb.
Çoxsaylı videolardan ikisini təqdim edirik.
Vüqar Yaşaroğlu
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO
Rusların yeni elektromobili Çininkindən daha ucuz olacaq – İDDİA











