Uçan maşın: Çin istehsal və istifadə hüquqlarını satın aldı – VİDEO

Avtodünya 1 Aprel 2024 17:56 Oxunub 604
Uçan maşın: Çin istehsal və istifadə hüquqlarını satın aldı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

160 at gücünə malik mühərrikli “Aircar” adlı uçan idman avtomobili Slovakiyanın paytaxtı Bratislava ilə Klein Vision şirkətinin baş ofisi arasında təxminən 90 kilometr məsafəni 35 dəqiqəyə uçub. Güclü mühərriki ilə yanaşı, “Aircar”ın arxa pervanesi və qatlana bilən qanadları var. Bu yenilik mükəmməl olsada pilot lisenziyası tələbi sürücülər üçün maneə yaradır.

Avtosfer.az xəbər verir ki, “Hebei Jianxin Flying Car Technology Company” adlı Çin şirkəti “Aircar” texnologiyasını, onun istehsal və istifadə hüquqlarını satın alıb. Satış qiyməti barədə məlumat verilməsə də, Çində bu uçan avtomobillərin müəyyən bir coğrafi bölgədə istifadə edilməsi planlaşdırılır. Lakin bu bölgə hələ dəqiqləşdirilməyib. Şirkətin baş ofisi Hebei əyalətinin Cangzhou şəhərində yerləşir.

Qeyd edək ki, Çin hökuməti alternativ uçuş həllərini fəal şəkildə təşviq edir. Məsələn, 2023-cü ilin oktyabrında Çinin “Ehang” şirkəti elektriklə uçan taksi üçün əməliyyat lisenziyası alıb. Rəqib “Autoflight” şirkəti də Şençjen və Çjuhay şəhərləri arasında uğurlu sınaq uçuşu həyata keçirib. Bu inkişaflar uçan nəqliyyat vasitələrinin gələcək potensialını və nəqliyyatın təkamülünü nümayiş etdirir.

Uçan avtomobilin görüntülərini təqdim edirik:

ŞƏRH YAZ
Ad

E-mail

Şərh