Volvo ikinci elektrokarını təqdim edib

Avtodünya 3 Mart 2021 21:22 Oxunub 1706
Volvo ikinci elektrokarını təqdim edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Əvvəllər “C” indeksi hetçbek, kupe-kabriolet kuzovu olan Volvoi modellərinə verilirdi. Bunlara misal kimi, üçqapılı C30 hetçbekini, C70 kupe və kabrioletini göstərmək olar. Ancaq bütün bunlar artıq keçmişdə qalıb - indi bu indekslə kupeyə bənzər krossoverlər işarələnəcəklər. C indeksini alakn ilk kupe-krossover XC40 modelinə əsaslanan Volvo C40 modeli olub. Üstəlik, C40 modelinin benzin və dizel mühərrikləri ilə təchiz edilmiş versiyaları olmayacaqdır. C40 sırf elektrik ötürməsi ilə hərəkətə gəlir.

Kupeşəkilli versiya orijinal krossoverdən 69 millimetr alçaqdır və arxa hissənin fərqli tərtibatına malikdir. Ancaq daha az nəzərə çarpan metamorfozlar da var. Məsələn, faraların forması dəyişdirilmiş, radiator barmaqlığının yerinə qoyulan qapaq çərçivəsini itirmiş, yeni bamperlər meydana çıxmış və yuvarlaq duman faralarının yerinə düzbucaqlı işıqlar quraşdırılmışdır. Bir sözlə, dizaynerlər kiçik dəyişikliklərlə kupeyə bənzər krossoverə daha çox fərdilik verməyə çalışıblar. Avtomobilin uzunluğu və eni demək olar ki, dəyişməz qalıb.

C40 və XC40 modellərinin interyeri demək olar ki, eynidir - burada virtual cihazlar panelini, "hava" üzərindən yeniləmə funksiyasına və bir sıra elektromobillik tətbiqlərini dəstəkləyən Android Automotive OS əməliyyat sisteminə sahib olan media kompleksi var. Ancaq arxa cərgənin yuxarı hissəsindəki tavan indi 62 millimetr alçaq olub. Üstəlik, C40 modelinin daxili tərtibatı üçün əsl dəridən istifadə olunmur: onu əlavə ödənişlə belə sifariş etmək mümkün deyil. Tərtibatda yalnız parça və ya süni dəridən istifadə olunur.

Texniki cəhətdən hər iki krossover tamamilə eynidir. Volvo C40 Recharge, ümumi hasilatı 408 at qüvvəsi və 660 Nm fırlanma anı olan iki elektrik mühərrikinə (hər oxda biri) malikdir. 78 kilovat-saatlıq batareya döşəmənin altına quraşdırılıb və güc strukturuna inteqrasiya edilib. Bununla birlikdə, dolu batareya ilə C40 modeli 420 (WLTP) məsafə qət edir. "Sürətli" 150 klovatlıq terminaldan batareyanın 80 faizinin doldurulması 40 dəqiqə çəkir.

Hər iki batareyalı krossoverin dinamik xüsusiyyətləri eynidır: krossoverlər 100 km/saat həddini 4,9 saniyəyə toplayır və 2020-ci ildən bəri bütün digər Volvo modellərində ollduğu kimi, onun maksimal sürəti 180 km/saat həddində məhdudlaşdırılıb. Maraqlıdır ki, yeni arxa hissə baqaj tutumunu artırmağa imkan verib - 431 litr. Elektrik XC40 modelində bu göstərici 413 litrdir. Öndə 31 litr həcmində əlavə yük bölməsi var.

Volvo C40 modeli, Belçikanın Gent şəhərindəki, XC40 krossoverlərinin buraxıldığı zavodda istehsal ediləcəkdir. Dəqiq satışların başlama tarixi və qiymətlər sonra elan ediləcəkdir. Növbəti dörd ildə şirkət daha dörd elektrokarı buraxmaq niyyətindədir (bunlar arasında yeni XC90 olacaq). 2030-cu ilə qədər isə, Volvo tamamilə elektrik ötürməsinə keçəcəkdiir./autograph

ŞƏRH YAZ
Ad

E-mail

Şərh