Xaricdən gətirilən avtomobillərin daşıma xərcləri kəskin bahalaşıb - VİDEO

Xaricdən alınaraq ölkəmizə gətirilən avtomobillərin daşıma xərcləri kəskin bahalaşıb.
Avtosfer.az xəbər verir ki, ABŞ-dən avtomobillərin alınması və daşınması xidmətini göstərən şirkətlərdən birinin direktoru olan Hafiz Əmiraslanov deyib ki, son bir ildə daşıma qiymətləri 1000 dollara yaxın bahalaşıb.
Amerikadan alınan avtomobillərin daşıma müddəti 2-4 ay çəkir. Şirkət nümayəndələri avtomobil alarkən əlavə maddi ziyana düşməmək üçün bəzi nüanslara diqqət etməyi tövsiyə edirlər.
Amerika ilə yanaşı Koreyadan alınan avtomobillərin də daşıma xərcləri artıb. Bu işlə məşğul olanlar bildirirlər ki, Koreyadan avtomobillər həm konteynerlə, həm də "Ro-Ro" gəmisi ilə açıq formada daşınır. Konteynerlə daşıma qiymətləri isə "Ro-Ro" gəmisi ilə müqayisədə ucuzdur.
Qeyd edək ki, hazırda xüsusilə ən çox ABŞ və Koreya bazarlarından ikinci əl avtomobillər alınaraq ölkəyə daşınır.
2026-cı ilin ən yaxşı yeni avtomobilləri AÇIQLANDI - FOTO
Dünyada ən çox satılan elektrikli avtomobil markası - SİYAHI
Dünyanın ən etibarlı avtomobil brendləri - SİYAHI
Yaşı 15-dən çox olan maşınların idxalına icazə veriləcək – RƏSMİ AÇIQLAMA
Dünyanın ən sürətli elektromobilləri – ARAŞDIRMA
Məşhur aktyorun 50 milyonluq avtomobili - FOTOLAR
Avropa elektromobil batareyaları sahəsində Çindən 20 il geri qalır
"Niva" bahalaşdı
Çin avtomobili Çar Rusiyasının brendi kimi təqdim edilir - FOTO
Özünə 200 minlik yeni avtomobil aldı - FOTO
Rusların yeni elektromobili Çininkindən daha ucuz olacaq – İDDİA










