“XiaoMi” ilk avtomobilinin satışına başladı - VİDEO

Avtodünya 29 Mart 2024 16:00 Oxunub 420
“XiaoMi” ilk avtomobilinin satışına başladı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Çinin smartfon və məişət texnikası istehsalçısı “XiaoMi” ilk elektrik avtomobili olan “SU7” sedanının bu gündən satışına başlayıb.

Bu barədə şirkətdən məlumat verilib.

Qeyd edək ki, “SU7” 2,78 saniyəyə 100 km/saata sürətlənir və bir dəfə doldurulmaqla 800 kilometr məsafə qət edir. Bundan başqa, elektromobil 40 dərəcəyə qədər olan şaxtalara asanlıqla dözə bilir.

Şirkət avtomobilin “Tesla”ya rəqib olacağına inanır.

Bundan əvvəl “SU7”nin 500 min yuan (117,5 min manat) dəyərində olacağı açıqlanmışdı.

oxu.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh