“Xiaomi” “SU7”ni təqdim etdi - FOTO - VİDEO

Smartfonları və cihazları ilə diqqət çəkən Çin istehsalçısı “Xiaomi” fərqli bir sektora qədəm qoyur.
Avtosfer.az xəbər verir ki, şirkət “Xiaomi SU7” və onun təfərrüatlarını təqdim edib. Brend uzun müddətdir planlaşdırdığı və elan etdiyi elektrik avtomobili ilə elektrikli avtomobil sektoruna "iddialı" bir giriş edib.
Şirkət bildirir ki, bu, qış üçün ən yaxşı elektrik avtomobilidir. Üst kateqoriyalı “SU7 Max” 100 km/s sürəti 2,78 saniyəyə yığır (“Tesla Model S” və “Taycan Turbo”dan daha sürətli).
Modelin maksimal sürəti 265 km/saat, ehtiyat gediş məsafəsi isə 800 km-dir. İstənilən android proqramını əsas displeydə işə salmaq olur. Lakin əgər siz fiziki dəyişdiriciləri sevirsinizsə, onları ekranın altına əlavə edə bilərsiniz.
İlk növbədə akkumulyatoru təqdim edilən avtomobil məsafə baxımından kifayət qədər dözümlüdür. Məlumata görə, akkumulyator üçün “CATL” şirkəti ilə əməkdaşlıq edilib. Avtomobil 871V gərginliyə və 77,8% həcm səmərəliliyinə malik 800V silisium karbid yüksək gərginlikli “CTB” inteqrasiya olunmuş akkumulyatora malikdir. 150 enerji istehsal edən kVt-saat variantı 1200 kilometr, 132 kVt-saat enerji istehsal edən versiya isə 1000 kilometr məsafə qət edə bilər.
Əsas şüarı "rahatlıq və təhlükəsizlik" olan avtomobil ilklərdən birinə imza atıb. Belə ki, məlumat və multimedia ekranı 16,1 düymdür ki, ekranın 3K keyfiyyətli təsvir ölçüsü var. Bu da digər markalarda rast gəlinən xüsusiyyət deyil. Bundan əlavə, avtomobilin ön şüşəsinə proyeksiya edilə bilən 56 düymlük baş üstü displey funksiyası da var..
Çində satışlar 2024-cü ilin əvvəlində başlayacaq, modellərin qiymətləri hələlik məlum deyil. Ancaq ekspertlər hesab edirlər ki, avtomobilin qiyməti 190-300 min yuan (təqribən 45 000-70 000 manat ) arasında olacaq.
Məhəbbət Tərlanoğlu
Türkdilli ölkələrin elektromobiləri - FOTO
Bu ölkədə yolların qorunması üçün yeni vergi təklifi irəli sürüldü - RƏSMİ
Rusiyada kommersiya avtomobilləri satışında xroniki geriləmə
"BYD" Formula 1-ə girmək istəyir - FOTO
Qiymət və keyfiyyət baxımından ən yaxşı xarici avtomobillər – SİYAHI
Dubayın maşın bazarı belə işləyir - FOTO
Bu ölkədə yanacaq bahalaşdı; elekrik və hibrid maşınlara tələb artır – RƏSMİ
Elektromobillərin istehsalı 2 il sonra çatışmazlığa səbəb ola bilər - ARAŞDIRMA
Kremlə lüks avtomobil satan dilerə həbs və cərimə
Məşhur şirkət elektromobillər üçün yeni mühərrik sistemini təqdim etdi - RƏSMİ
İsrailin atdığı reaketdən salamat çıxan Çin maşını GÜNDƏM OLDU














