Yapon avtomobil nəhəngi yeni elektromobil batareyaları istehsal edəcək - RƏSMİ

Avtomobil istehsalçısı “Nissan” elektrikli nəqliyyat vasitələrində şarj asılılığını azaltmağa yönəlmiş yeni texnologiyasını təqdim edib. Şirkət gövdəsinə inteqrasiya olunmuş günəş panelləri ilə təchiz edilən “Ariya” modelinin xüsusi konsept versiyasını nümayiş etdirib.
Avtosfer.az xəbər verir ki, konsept avtomobil Yaponiyada keçirilən Təmiz Enerji Günü çərçivəsində təqdim olunub və layihə günəş enerjisi texnologiyaları üzrə ixtisaslaşan “Lightyear” şirkəti ilə əməkdaşlıq əsasında hazırlanıb. Məqsəd nəqliyyat vasitələrinin günün böyük hissəsini park vəziyyətində keçirdiyi vaxtı alternativ enerji mənbəyinə çevirməkdir.
Konsept “Nissan Ariya”nın kapotu, damı və baqaj qapağı üzərində yerləşdirilən fotovoltaik panellər ümumilikdə təxminən 3,8 kvadrat metr sahəni əhatə edir. Günəş panellərindən toplanan enerji birbaşa cərəyana çevrilərək avtomobilin batareyasına ötürülür və bu da nəqliyyat vasitəsinin elektrik şəbəkəsinə qoşulmadan əlavə məsafə qət etməsinə imkan yaradır.
Şirkətin apardığı sahə sınaqlarına əsasən, ideal günəş işığı şəraitində sistem gündə 23 kilometrə qədər əlavə yürüş təmin edə bilir. Günəş işığının məhdud olduğu London kimi şəhərlərdə bu göstərici təxminən 10 kilometr, günəşli Dubay şəraitində isə 21 kilometrdən çox olub.
“Nissan”ın açıqlamasına görə, bu texnologiya sürücülərin şarj stansiyalarına müraciət ehtiyacını 35–65 % azaltmaq potensialına malikdir. Xüsusilə şarj infrastrukturu zəif inkişaf etmiş bölgələr üçün bu sistemin ciddi üstünlüklər təqdim etdiyi vurğulanır.
Günəş panelli “Ariya”nın kütləvi istehsala nə zaman buraxılacağı hələlik açıqlanmayıb. Bununla belə, konsept modelin, hazırda bazarda günəş enerjisi ilə təchiz olunan “Toyota Prius PHEV” modelinin təklif etdiyi təxminən 6 kilometrlik gündəlik əlavə yürüş göstəricisini əhəmiyyətli dərəcədə üstələməsi diqqət çəkir.
Eltac Zülfüqaroğlu
Dubayın maşın bazarı belə işləyir - FOTO
Bu ölkədə yanacaq bahalaşdı; elekrik və hibrid maşınlara tələb artır – RƏSMİ
Elektromobillərin istehsalı 2 il sonra çatışmazlığa səbəb ola bilər - ARAŞDIRMA
Kremlə lüks avtomobil satan dilerə həbs və cərimə
Məşhur şirkət elektromobillər üçün yeni mühərrik sistemini təqdim etdi - RƏSMİ
İsrailin atdığı reaketdən salamat çıxan Çin maşını GÜNDƏM OLDU
Çin avtomobil istehsalçıları arasında ən pis vəziyyətdə olan "BYD"dir
Ekspertlər 2026-cı ilin ən yaxşı 5 krossoverini açıqladı
ABŞ şirkəti 605 minə yaxın avtomobili geri çağırdı: Səbəb bu imiş - RƏSMİ










