Yapon şirkətləri Çin avtomobilləri ilə rəqabətdə uduzur – STATİSTİKA

2019-2024-cü illərdə yapon avtomobil istehsalçıları başlıca olaraq Çin, Sinqapur, Tailand, Mazaziya və İndoneziyada mövqelərini daha çox itiriblər.
Avtosfer.az “Bloomberg”ə istinadla xəbər verir ki, bütün yapon istehsalçılar (cəmi 6 istehsalçı) həm satış, həm də istehsal baxımından geriləyib. Cənub-Şərqi Asiyada 2019-cu ilədək avtopark demək olar bütövlükdə yapon maşınlarından ibarət idi. Son 5 ildə isə artıq Çin modelləri populyarlıq qazanır. Təkcə Tailand və Sinqapurda yapon maşınlarının bazar payı bir neçə ildə 50 faizdən 35 faizə enib. Çinin özündə də yerli modellər yapon modellərini sıxışdırır.
Yaponiyalı istehsalçılar başlıca olaraq elektromobil sahəsində Çindən geri qalırlar. Bu səbəbdən şirkətlər birləşərək elektrombil üçün vahid platforma və daha az zərərli daxiliyanma mühərrikləri üzərində işləyirlər.
Çinin avtomobil ekspansiyası qlobal bazarda da Gündoğar ölkədən olan istehsalçıların mövqeyini laxladıb. Əgər 20 il əvvəl dünya avtomobil bazarının 20 faizdən çoxuna yaponlar nəzarət edirdisə, indi bu rəqəm cəmi 11 faizdir.
Vüqar Yaşaroğlu
Dubayın maşın bazarı belə işləyir - FOTO
Bu ölkədə yanacaq bahalaşdı; elekrik və hibrid maşınlara tələb artır – RƏSMİ
Elektromobillərin istehsalı 2 il sonra çatışmazlığa səbəb ola bilər - ARAŞDIRMA
Kremlə lüks avtomobil satan dilerə həbs və cərimə
Məşhur şirkət elektromobillər üçün yeni mühərrik sistemini təqdim etdi - RƏSMİ
İsrailin atdığı reaketdən salamat çıxan Çin maşını GÜNDƏM OLDU
Çin avtomobil istehsalçıları arasında ən pis vəziyyətdə olan "BYD"dir
Ekspertlər 2026-cı ilin ən yaxşı 5 krossoverini açıqladı
ABŞ şirkəti 605 minə yaxın avtomobili geri çağırdı: Səbəb bu imiş - RƏSMİ












