Yarımkeçirici sektoruna rekord sərmayə

Dünyanın avtomobil və elektronika sənayesini təhdid edən yarımkeçirici böhranı dərinləşir. Bu sahəyə sərmayələr ifrat böyük həcmdə olsa da, problemin həlli yaxın aylarda real görünmür.
Avtosfer.az xəbər verir ki, elektronika detalları istehsalı şirkətləri yaxın 2 ildə yarımkeçirici istehsalına 500 milyard dollar sərmayə qoyacaq. Söhbət yeni istehsal və emal müəssisələrinin tikintisindən gedir. Məqsəd avtomobil sənayesinin artan ehtiyacını ödəməkdir. Yaxım 3 ildə müxtəlif ölkələrdə 84 istehsal müəssisəsinin fəaliyyətə başlaması nəzərdə tutulur.
Yarımkeçirici istehsalçılarını birləşdirən SEMİ assoasiasiyasının hesabatına görə, açılması nəzərdə tutulan 84 müəssisənin yarısında tikintinin əsas hissəsi başa çatıb. Gələn il 33 zavodun tikintisi başlamalıdır ki, bu da rekord göstərici hesabn edilir. Cari ildə 23 zavodun tikintisinə başlanıb. Bu da 2020-2021-ci illərdəki ümumi göstıəricidən çoxdur. Xammalın bahalaşması, yüksək faizlər və Ukrayna müharibəsi risk yaratsda da, iş adamları bu sahəyə pul qoymaqdan çəkinmir. Bir çox hökumət bu sahədə istehsalı təşviq edir
Son 2 ildə bir çox ölkə yarımkeçirici istehsalçılarını istehsalat qurmaq üçün dəvət edib. Ötən fevralda Avropa Komissiyası yarımkeçiciri istehsalına 43 milyard avro ayırıb. Məqsəd yaxın illərdə Avropanın bu bazarda payını 10%-dən 20%-ə qaldırmaqdır. Qitədə 2024-cü ilədək 17 zavodun tikinməsi nəzərdə tutulur.
Yaponiya yaxın 2 ildə 6 zavod tikəcək. Gündoğar ölkə bu sahəyə iqtisadi müstəqillik vermək istəyir.
Çinin isə ixracı aybaay azalır. Noyabrda azalma 20% təşkil edib. Bunun da səbəbi ABŞ-ın tətbiq etdiyi sanksiyadır. Ölkə ötən il 2.3 milyard dollarlıq yarımkeçirici idxal edib. Halbuki pandemiyadan əvvəl bu rəqəm 3.9 milyon dollar idi. Kompüterə və elektromobilə tələbatın artdığı vaxtda ixracın azalmasının bir səbəbi var: ABŞ-ın Çinə tətbiq etdiyi bəzi embarqolar.
Vüqar
Bakı dayanmadan "Çin"ləşir - Avtomobillər bizi hara aparır?
Çində 1000 kilometr, Avropada 900: "BYD" batareyasının fərqi
Dünya liderlərinin istifadə etdiyi avtomobillər - FOTOLAR
Rusiyada yük avtomobili satışında davamlı azalma
Uzunmüddətli səfərə çıxarkən avtomobildə bunları mütləq edin - FOTOLAR
Ağacdan hazırlanmış avtomobil: 300 kilometrdən çox sürət yığa bilir - FOTOLAR
Dünyanın ən etibarlı avtomobilləri - 2026-cı ildə
Ukrayna müharibəsinə görə elektromobil satışları artdı - FOTO
Rusiyanın premium markasının İFLASI
“Mercedes”in sinif sistemi nəyə əsaslanır?
Avtomobil nəhəngində böhran; ixtisarlar başladı - RƏSMİ










