Yeni model elektromobildə bərbad nəticə: 0 bal - FOTO - VİDEO
Biz adətən sovet avtomobillərinin təhlükəsizlik səviyyəsinin çox aşağı olması barədə dəfələrlə eşitmişik. Insanlarda belə bir fikir formalaşıb ki, “Jiquli” ilə qəzada ölüm və xəsarət riski qaçınılmazdır. Təbii ki, 70-ci ilin texnologiyasından başqa nə isə gözləmək mümkün deyil. Sən demə, problem son model texnikada da var imiş.
Avtosfer.az xəbər verir ki, Meksikada keçirilən kraş testdə yeni elektromobil 0 bal toplayıb. Nəzərə alaq ki, Cənubi Amerikada sınqalar ABŞ və Avropaya nisbətdə daha yumşaqdır. Lakin sözügedən “Latin NCAP” testində Çinin “JAC E10X” modeli cəmi 0 bal toplayıb.
Sözügedən model 2010-cu ildə Çində JAC modeli kimi istehsala başlayıb, sonradan elektromobilə çevrilib. O zaman çinlilər bu avtomobili Toyota Yarisin surəti kimi hazırlamışdılar. İndi isə istehsal Meksikanın İdalqo ştatında davam edir.
Çinli iş adamları “JAC E10X” modelini Rusiyada da istehsal etməyi planlaşdırırlar.
Vüqar Yaşaroğlu
Azərbaycanda sürücüsüz nəqliyyat erası başlayır - Sükan arxasında insan olmayacaq
Türkdilli ölkələrin elektromobiləri - FOTO
Bu ölkədə yolların qorunması üçün yeni vergi təklifi irəli sürüldü - RƏSMİ
Rusiyada kommersiya avtomobilləri satışında xroniki geriləmə
"BYD" Formula 1-ə girmək istəyir - FOTO
Qiymət və keyfiyyət baxımından ən yaxşı xarici avtomobillər – SİYAHI
Dubayın maşın bazarı belə işləyir - FOTO
Bu ölkədə yanacaq bahalaşdı; elekrik və hibrid maşınlara tələb artır – RƏSMİ
Elektromobillərin istehsalı 2 il sonra çatışmazlığa səbəb ola bilər - ARAŞDIRMA










