Yeni Nissan Patrol Nismo modeli bu tarixdə debüt edəcək - VİDEO

Nissan şirkəti Nismo “qaynar” versiyasında olan 2022-ci model ilinin Patrol ofrouderinin ilk video tizerini nümayiş etdirib. Yapon markasının idman şöbəsi, yalnız Orta Şərq bazarları üçün nəzərdə tutulmuş yeni modelin təqdimat tarixini də açıqlayıb - 31 mart.
Qısa videoçarxda yenilənmiş Patrol Nismo modelinin yalnız xarici görünüşünün bəzi detalları barədə təsəvvür yaradır: sürətlə dəyişən kadrlarda ön fənərləri, emblemləri və ofrouderin siluetini görə bilərsiniz. Bununla birlikdə, casuslar artıq Birləşmiş Ərəb Əmirliklərində təşkil Edilmiş fotosessiya zamanı tamamilə kamuflyajdan məhrum olan prototipi yaxalamağı bacarıblar.
Ənənəvi olaraq, “qaynar” versiya standart Patroldan genişləndirilmiş hava girişləri və ön splitterdə, ətəklərdə, arxa bamper və qara arxa güzgülərdə qırmızı vurğuları olan aqressiv kuzov dəsti ilə seçilir. Eyni zamanda, Patrol Nismo modeli diffuzora, qara və gümüşü qolları olan 22-düymlük təkər disklərinə, beşinci qapının üstündə qara rəngli kiçik spoylerə və buraxılış sisteminin dörd borusuna sahib olacaqdır./autograph
Azərbaycanda sürücüsüz nəqliyyat erası başlayır - Sükan arxasında insan olmayacaq
Türkdilli ölkələrin elektromobiləri - FOTO
Bu ölkədə yolların qorunması üçün yeni vergi təklifi irəli sürüldü - RƏSMİ
Rusiyada kommersiya avtomobilləri satışında xroniki geriləmə
"BYD" Formula 1-ə girmək istəyir - FOTO
Qiymət və keyfiyyət baxımından ən yaxşı xarici avtomobillər – SİYAHI
Dubayın maşın bazarı belə işləyir - FOTO
Bu ölkədə yanacaq bahalaşdı; elekrik və hibrid maşınlara tələb artır – RƏSMİ
Elektromobillərin istehsalı 2 il sonra çatışmazlığa səbəb ola bilər - ARAŞDIRMA










