Reklam

Yenilənmiş "Mercedes-AMG GLE Coupe": İş adamının vizit kartı - FOTO

Avtodünya 16 Fevral 2024 11:04 Oxunub 828
Yenilənmiş "Mercedes-AMG GLE Coupe":  İş adamının vizit kartı  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Mercedes-Benz Group AG”nin Azərbaycandakı rəsmi nümayəndəliyi olan “Avtokapital Azərbaycan” MMC məşhur iş adamı Əliağa Kürçaylının iştirakı ilə yenilənmiş "Mercedes-AMG GLE Coupe" modelinin fotosessiyasını təqdim edir. 


Uğurlu biznes bir çox amillər üzərində qurulur ki, burada hər bir nüans məqsədlərinizə çatmaqda həlledici rol oynaya bilər. Buna görə də, ilk dəqiqələrdən həm idarəetmənin, həm də avtomobil sahibinin şəxsi təqdimatının sabitliyini göstərmək vacibdir.


"Mercedes-AMG GLE Coupe" avtomobilin iş adamının vizit kartına çevrilə biləcəyinin əla nümunəsidir. Bu model qarşılıqlı anlaşma prosesinə töhfə verməyə və işgüzar danışıqların tamhüquqlu iştirakçısına çevrilməyə qadirdir.


“Mercedes GLE Coupe” modelinin kuzovu hamar şəkildə maili dama və sanki uzadılmış arxa hissəyə malik kupe üslubunda işlənib hazırlanıb. Avtomobilin cəlbedici radiator qəfəsinin üzərində xromlanmış elementləri, mərkəzdə isə böyük ulduzu görmək olar. Dar zolaqlar şəklində hazırlanmış faralar LED altişıqlanmaya malikdir. Böyük hava girişi dəlikləri və diffuzoru olan bamperlər idman üslubunda dizayn edilib. Qapıların çərçivəsiz şüşələri avtomobilə xüsusi eleqantlıq bəxş edir. Təkər tağları krossoverin güc və yolsuzluq imkanlarını qabardan geniş konturlarla xarakterizə olunur. Kross-kupenin interyeri yüksək keyfiyyətli materialları və işlənməsi ilə seçilir.

Cihaz panelində iki böyük rəqəmsal ekran var: onlardan biri sürət, dövrələr və digər parametrlər haqqında məlumatları əks etdirir, digəri isə səsli idarəetmə funksiyasına malik MBUX multimedia sistemini idarə etmək üçün nəzərdə tutulub. Konsol minimum sayda düymə və çeviricilərlə təchiz edilib, funksiyaların əksəriyyətini isə sensor ekran vasitəsilə və ya mərkəzi tuneldəki sensor paneldən istifadə etməklə konfiqurasiya etmək mümkündür. “GLE Coupe” həm passiv, həm də aktiv təhlükəsizlik səviyyəsinə malikdir. Avtomobilin kuzovunun güclü aparan konstruksiyası zərbənin enerjisini udur və sərnişinlərin təhlükəsizliyini təmin edir.


Avtomobillər haqqında daha ətraflı məlumat almaq üçün Mercedes-Benz-in Azərbaycandakı rəsmi diler şəbəkəsinə müraciət etməyiniz xahiş olunur:
 Abşeron Avtomobil Mərkəzi
Tel.: + 994 12 347 78 00 / *8885
Autostar Kaukasus GmbH Azərbaycan
Tel.: +994 12 496 50 50 / +99412 976.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh