Avtobus və velosiped zolaqlarını zəbt edənlərə qarşı REYD - VİDEO

Polis avtobus zolağını zəbt edən avtomobillərin fotosunu çəkə-çəkə gedir. Ardınca isə protokol tərtib edilir.
Avtosfer.az xəbər verir ki, dəfələrlə edilən xəbərdarlıq və cərimələrə baxmayaraq hələ də avtobus zolağı və dayanacağını zəbt edən sürücülərə rast gəlinir. Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları səhər saatlarında şəhər ərazisində reyd keçiriblər. Metronun ''Əhmədli'' stansiyasının qarşısında dayanacağı zəbt edən sürücülər cərimə ediliblər.
Məhəmməd Hadi küçəsində avtobusların rahat hərəkəti üçün çəkilən zolağa daxil olan sürücülər də aşkar edildikcə cərimələniblər. Yol polisi avtobus zolağında park edilən nəqliyyat vasitələrinin fotosunu çəkərək onları da cərimə edib.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Toğrul Nəsirlinin sözlərinə görə, təhillər göstərir ki, zolağa daxil olan sürücülər ictimai nəqliyyatın rahat və fasiləsiz hərəkətinə ciddi maneə yaradır.
Bildirilib ki, belə tədbirlər şəhər ərazisində mütəmadi olaraq davam etdiriləcək.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Ağ şəhərdə səs-küy salıb qayda pozan 13 nəfər saxlanıldı – Xətaidə reyd - VİDEO
Yol polisi Sumqayıtda da moto sürücələrə qarşı reyd keçirdi – FOTO - VİDEO
"Ramgler" sosial mediada maraqla qarşılandı - FOTO
Şəhər mərkəzini yarış meydançasına çevriən 5 nəfər saxlanıldı: 60 yaxın lüks avtomobilə həbs qoyuldu - FOTOLAR
Saatlıda avtoxuliqanlıq edən gənclər saxlanıldı - FOTO - VİDEO
Yeni sürətli sedan təqdim ediləcək
Taksi sürücülərinə qarşı reydlər başladı: 150-dən artıq sürücü ... - FOTOLAR
Səs siqnalından lüzumsuz istifadə edənləri yol polisi saxladı: Nəyi bilmirik? - VİDEOREPORTAJ
Nömrəni buferin küncünə vuranlar cərimələndi - VİDEO
Masallıda toy karvanında "avtoşluq" edənlər tutuldu - FOTO
Avtomobillərin hərəkətinə nəzarət üçün yol ayrıclarında xüsusi mikrofonlar quraşdırılacaq











