Dövlət nömrə nişanı texnika istifadəçiləri tərəfindən gizlədilir - VİDEO
Avtoreyd 21 Avqust 2020 16:26 Oxunub 4076
Dövlət nömrə nişanı texnika istifadəçiləri tərəfindən gizlədilir  - VİDEO

Avqustun 21-də Bərdə Dövlər Aqrar İnkişaf Mərkəzinin texniki nəzarətin təşkili sekturu və Ağdam rayonu üzrə texniki nəzarət şöbəsinin əməkdaşları tərəfindən Ağdam rayonu ərazisində reyd keçirilib. Reyd zamanı mexanizatorlara təhlükəsizlik, yol hərəkəti və texnikanın istismar qaydaları izah olunub.

Tədbir zamanı qayda pozan, həmçinin sürücülük vəsiqəsi olmadan texnika idarə edən şəxslər aşkarlanıb və bir nəfərə inzibati protokol tərtib olunub. Eyni zamanda qayda pozanlarla marifləndirici söhbətlər aparılıb, müvafiq qanunvericiliyin tələbləri onlara izah edilib.

Dəfələrlə kütləvi informasiya vasitələri ilə və mexanizatorlarla görüşlərdə texnika istifadəçilərinin məlumatlandırılmasına və təlimatlandırılmasına baxmayaraq dövlət qeydiyyat nişanı texnika istifadəçiləri tərəfindən məlum olmayan səbəbdən qizlədirələrək istehsalçı zavod tərəfindən təyin olunan yerlərə bərkidilmir.

Tədbirlərdə pandemiya ilə əlaqədar karantin qaydalarına əməl olunması barədə söhbətlər aparılıb. Mexanizatorlara qoruyucu maskalar paylanıb.

Texnika istifadəçilərinin nəzərinə bir daha çatdırırıq ki dövlət qeydiyyatına alınmadan, dövlət texniki baxışdan keçmədən, sürücülük vəsiqəsi və mövcud texnikanı idarə etmək kateqoriyası olmadan istifadə qadağandır.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh