İnsan həyatı və sağlamlığı təsərrüfat fəaliyyətinin iqtisadi nəticələrindən üstündür - FOTO
Avtoreyd 8 Sentyabr 2020 15:46 Oxunub 1858
İnsan həyatı və sağlamlığı təsərrüfat fəaliyyətinin iqtisadi  nəticələrindən üstündür  - FOTO

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Ucar, Ağdaş və Zərdab Dövlət Aqrar İnkişaf Mərkəzinin Texniki Nəzarətin Təşkili sektorunun əməkdaşları tərəfindən hərəkətin təhlükəsizliyinin təmin edilməsi, traktor və digər mexaniki nəqliyyat vasitələri tərəfindən yol hərəkəti qaydalarının pozulması hallarının müəyyənləşdirməsi, dövlət qeydiyyatdan keçməyən və dövlət texniki baxışına təqdim olunmamış texnikaların aşkarlanması məqsədi ilə Dəliquşçu, Gödəkqobu və Gəlmə kəndlərində növbəti reydlər təşkil edib. Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, reyd zamanı xeyli nəqliyyat vasitələri saxlanılmış, bir neçə nəqliyyat vasitəsinin texniki vəziyyətinin qüvvədə olan hərəkətin təhlükəsizliyi qaydalarının, normativlərinin, standartlarının tələblərinə (xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsi konstruksiyasının tələblərinə uyğun olmaması, konstruksiyada nəzərdə tutulmuş arxa mühafizə qurğusu, palçıqdan qoruyan fartuklar və brızqoviklərin olmaması) müvafiq olmaması və qanunvericiliyin tələblərinə uyğun olmayan digər hallar aşkar edilib. Belə texnikaların istismarının təcili dayandırılması tələb olunub.
Texniki baxışa təqdim olmayan 2 ədəd texnika mülkiyyətçilərinə “İnzibati Xətalar Məcəlləsi”nin 340.1-ci maddəsinə əsasən inzibati protokol tətbiq edilib.
Aqrar Xidmətlər Agentliyi texnika istifadəçilərinin nəzərinə çatdırır ki, yol hərəkətində iştirak edən insanların həyatının və sağlamlığının təsərrüfat fəaliyyətinin iqtisadi nəticələrindən üstünlüyünə, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinə görə dövlətin məsuliyyətinin yol hərəkətində iştirak edən insanların məsuliyyətindən üstünlüyünə önəm verilməli, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi zamanı insanların, cəmiyyətin və dövlətin mənafeləri təmin olunmalı və bir vətəndaş olaraq belə texnikaların əsaslı təmir edilmədən istismarından könüllü olaraq imtina edilməlidir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh