Yasamalda taksi sürücülərinə qarşı soyğunçuluq edən şəxs saxlanılıb - VİDEO
Avtoreyd 20 Oktyabr 2020 13:40 Oxunub 1044
Yasamalda taksi sürücülərinə qarşı soyğunçuluq edən şəxs saxlanılıb  - VİDEO

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Nadir Məmmədov saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda qeyd olunub.

Aparılmış əməliyyat tədbirləri ilə onun həmin gün saat 10 radələrində Cəfər Cəfərovun “Nissan” markalı avtomobilindən də eyni üsulla 372 manat dəyərində mobil telefon aparması, habelə beş nəfəri aldadıb mobil telefonlarını alması, iki avtomobildən isə mobil telefon oğurlaması da müəyyən edilib.

Faktla bağlı saxlanılan şəxs barəsində toplanan materiallar Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. Bu şəxsin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. 

Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh