Əfsanəvi köhnə avtomobil modeli geri qayıdır
Son 5 ildə Avropa avtomobil sənayesində köhnə modellərin “dirçəldilməsi” hallarına çox rast gəlinir. Bu yola əsasən Stellantis qrupu baş vurur.
Avtosfer.az xəbər verir ki, indi Citroen şirkəti məşhur 2 CV modelinin yeni versiyasını hazırlamağı planlaşdırır. Məqsəd təxminən 15 min avroya ucuz və kütləvi elektromobil istehsal etməkdir.
Qeyd edək ki, 2CV modeli ötən əsrin 30-cu illərində layihələndirilsə də, müharibəyə görə ilk təqdimat 1948-ci ildə baş tutub. Məqsəd kənd əhalisi üçün praktik avtomobil hazırlamaq idi. Bu model çox uğurlu oldu və 1990-cı ilədək 3,8 milyon ədəd istehsal edildi. Fransız filmlərinə baxanlar üçün bu model tanışdır.
İndi isə Citroen bu avtomobilin 4-cü nəslini bazara çıxarmaq istəyir. Məqsəd həm də modelin adından istifadə etməkdir.
Vüqar Yaşaroğlu