Bakıda “AA” seriyalı avtomobillər qanunu necə POZUR? – FOTOFAKT

Son günlər Bakı şəhərində "AA” seriyası ilə başlayan bahalı avtomobillərin yol hərəkəti qaydalarını kobud şəkildə pozması hallarına tez-tez rast gəlinir. Bu dəfəki qayda pozuntusu paytaxtın Rəşid Behbudov küçəsində baş verib. Avtosfer.az bizim.media-ya istinadən oxucular tərəfindən təqdim olunan görüntülərdə Rəşid Behbudov küçəsi boyunca "AA” seriyası ilə başlayan avtomobillərin avtobusların hərəkət zolağına çıxaraq yol hərəkəti qaydalarını kobud şəkildə pozması əks olunub. Halbuki həmin zolaqlar sırf avtobusların hərəkəti üçün nəzərdə tutulub və şəxsi maşınlar zolağa daxil olduğu zaman qanunla məsuliyyətə cəlb edilir.
Qeyd edək ki, aidiyyəti qurumlar dəfələrlə qayda pozan sürücülərə qarşı mütəmadi reydlər keçirsələr də sözügedən hallar təkrarlanır. Sanki qanunlar bu seriyalı avtomobil sahiblərinə deyil, yaxud avtomobilinin üzərindəki "AA” seriyasına "güvənərək” məsuliyyətdən yaxa qurtaracaqlarını düşünürlər.
Maraqlıdır, qayda pozan "AA” seriyası ilə başlayan avtomobil sürücülərinə qarşı necə tədbir görülür?
Bizim.Media məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə müraciət edib. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov saytımıza daxil olan görüntülərlə tanış olandan sonra məsələni araşdıracaqlarını bildirib.
Yol-nəqliyyat eksperti Ərşad Hüseynovun sözlərinə görə özü də dəfələrlə "AA” seriyası ilə başlayan avtomobil sürücülərinin yol hərəkəti qaydalarını kobud şəkildə pozduqlarının şahidi olur: "Mən də bu cür hallara rast gəlirəm. Amma onların barsində tədbir görülüb-görülmədiyini bilmirəm. Hər halda bununla bağlı rəsmi qurumlar statistika açıqlamalıdır”, - deyə o, bildirib.
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR
Yağışlı havada sürüşən avtobus svetoforda dayanan maşına çırpıldı; 4 yaralı var - FOTOLAR
İşıqforda dayananda yandakı maşının təkərinə niyə diqqət etməlisiniz? - FOTO
Sabiq prezidentlər hansı avtomobilə üstünlük verib? – ARAŞDIRMA - FOTOSESSİYA
İrandan Azərbaycan kulinariya bloquna təhdidlər: Dadkes.az hədəfə götürülüb - FOTO
Naxçıvana 50 km yolumuz olacaq - Zəngəzur dəhlizində SON VƏZİYYƏT - FOTOLAR
Bu küçələrdə yeni işıqforlar quraşdırıldı - FOTO














