Ağdaşda yanan zibillik nəzarətə götürüldü - VİDEO

Əldə etdiyimiz məlumatlara əsasən, Ağdaş rayonunun Zeynəddin kəndi ərazisində yerləşən məişət tullantıları poliqonunda bir neçə gün əvvəl yanğın baş verib və hələ də tüstülənmə qalıb.
Avtosfer.az xəbər verir ki, aidiyyəti qurumların əməkdaşları əraziyə cəlb olunub və yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür.
***
15:20
***
Azərbaycan təxminən 2 aydan sonra mötəbər beynəlxalq tədbirə ev sahibliyi edəcək. Ölkədə COP29 tədbirinə ciddi hazırlıqlar gedir. Ümumi planda işlərin səviyyəsi qənaətbəxş olsa da, bəzi məsələlər böyük işlərə kölgə salır.
Avtosfer.az xəbər verir ki, Ağdaş-Mingəçevir yolunun üstündəki tullantı poliqonunun ərazisi bir neçə il əvvəl genişləndirilib təmizlənsə də, indi yenə hər kəs öz ampluasındadır. Vəziyyəti qısa olaraq belə təsvir etmək olar: poliqona gələn tullantılardan metal məmulatları seçilib ayrılır (bunu pula çevirmək mümkündür – müəl.), yerdə qalan zibil isə sovet dövründəki kimi yandırılır. Yaranan tüstü yaxınlıqdakı kəndlər və əkin sahələri üçün fəlakət yaradır. Yoldan ötən avtomobillərin sürücüləri pəncərələri bağlamağa məcbur olurlar. Poliqonun ətrafında isə mal-qara özünə yem axtarır.
Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycan COP29-a hazırlaşır. Belə bir hazırlıq şəraitində, 21-ci əsrdə məişət tullantılarının yandırılmasının hansısa məntiqi izahı yoxdur. İlk baxışda çox da böyük görünməsə belə, bu addım ölkənin nüfuzunu ləkələyə bilər.
Hər bir halda problemin qısa vaxt ərzində aradan qaldırılması mümkündür.
Vüqar Yaşaroğlu
50 il əvvəl XXI əsrin avtomobilini belə təsəvvür edirdilər - FOTOLAR
“Şamaxinka”da tıxaca səbəb olan taksilər niyə yığışdırılmır? - DYP-dən AÇIQLAMA FOTOLAR
Dayanacağı zəbt edən yarım milyonluq “BMW”nin SAHİBİ KİMDİR? - FOTO
Hərəkət qaydası dəyişdi - "Şamaxinka"da ilk dəfə svetoforlar işə düşdü - FOTO - VİDEO
Vahid platforma belə olur: 8 fərqli avtomobil - FOTOLAR
"KAMAZ"ın 50 yaşı tamam olur - FOTOLAR
Bakının nəqliyyat infrastrukturu necə dəyişəcək? - Baş planda belədir - FOTO
Bu 7 naziri nə birləşdirir? - Maraqlı MƏLUMATLAR
Avtomobil mövzusunda qeyri-adi nominallı sikkə - FOTO
Avtodayanacaqda iki avtomobildən 30 milyon dollar oğurlanıb – Polis 4 nəfəri axtarır - ANBAAN VİDEO
Hibrid avtomobil necə ortaya çıxdı? - FOTO











