Banner

"Araz" marketdə tarixi dəyişdirilmiş məhsul satıldı; hamilə qadının halı pisləşdi - İDDİA - FOTO

Avtosfer Foto 17 İyul 2025 14:30 Oxunub 2124
"Araz" marketdə tarixi dəyişdirilmiş məhsul satıldı; hamilə qadının halı pisləşdi - İDDİA - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

“Araz” supermarketdən alınan məhsulla bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb. Avtosfer.az xəbər verir ki, bir müştəri iyulun 10-da “Araz” marketin Elşən Süleymanov küçəsində yerləşən filialından holland və saçaq pendiri aldığını bildirib. Onun sözlərinə görə, aldığı holland pendiri xarab çıxıb. Bundan sonra müəyyən şübhələr yaranıb. O, saçaq pendirinin üzərindəki qablaşdırma tarixini göstərən etiketi çıxararkən, altında daha əvvəlki – 17 iyun tarixi yazılmış köhnə bir etiketin olduğunu aşkar edib. Müştəri iddia edir ki, saçaq pendirinin tarixini dəfələrlə dəyişərək satışa çıxarıblar. Həmçinin qeyd edir ki, saçaq pendirindən hamilə qadın istifadə etdikdən sonra halı pisləşib. Bu isə məhsulun keyfiyyəti və təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq doğurub.

Sözügedən paylaşımı təqdim edirik.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh