Atatürk prospektində polisin dağıtdığı "bazar" yenidən açılıb - DİN-dən AÇIQLAMA - FOTO

Avtosfer Foto 14 Oktyabr 2024 14:17 Oxunub 976
Atatürk prospektində polisin dağıtdığı "bazar" yenidən açılıb  - DİN-dən AÇIQLAMA  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bir müddət əvvəl paytaxtın Atatürk prospektində səkidə meyvə-tərəvəz piştaxtaları barədə məlumat dərc etmişdik. DİN məsələyə münasibət bildirərək ərazidə təmizləmə işləri aparmışdı. Avtosfer.az-a təqdim olunan fotolarda həmin "bazar"ın yenidən fəaliyyətə başladığı görünür. 

Vətəndaşlar bundan narahat olduqlarını, səkinin daraldığını və ətrafda antisanitariya olduğunu qeyd edirlər.

Daxili İşlər Nazirliyindən Avtosfer.az-a bildirilib ki, qanunvericiliyə əsasən, səyyar formada və ya daimi ticarət yerindən kənarda - evdə, iş, təhsil yerində, nəqliyyatda, küçə və digər yerlərdə dondurma, alkoqolsuz içkilər, istehsalçı tərəfindən qablaşdırılmış çörək-bulka və qənnadı məmulatları istisna olmaqla, digər ərzaq və başqa mallarının satılmasına yol verilmir. Polis əməkdaşları tərəfindən qanunsuz küçə ticarətinin qarşısının alınması məqsədilə mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər keçirilir. Həmin tədbirlər zamanı qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslər barəsində inzibati tənbeh tədbiri tədbiq edilir, səkiləri zəbt edərək piyadaların hərəkətini çətinləşdirən, küçələrdə antisanitar vəziyyət yaradaraq pərakəndə ticarətlə məşğul olan satıcılar da aşkarlanaraq onlarla maarifləndirici söhbətlər aparılmaqla qanunamüvafiq tədbir görülür və müəyyən edilən yerlərdə bu fəaliyyətlə məşğul olmalarının vacibliyi onların diqqətinə çatdırılır. 

Qeyd olunan ünvanda küçə ticarətilə müşahidə olunan neqativ hal aradan qaldırılıb.  Şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Fotoları təqdim edirik:

Fərid

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh