Reklam

Avropanın bərbad yolları - Rəhbər şəxslər azərbaycanlı məmurlar kimi işləyir - FOTO

Avtosfer Foto 14 İyun 2022 08:40 Oxunub 2986
Avropanın bərbad yolları - Rəhbər şəxslər azərbaycanlı məmurlar kimi işləyir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Təxminən 20 il əvvəlki Azərbaycan yolları çoxlarının yadından çıxmayıb. İstər Bakıda, istərsə də şosedə vəziyyər bərbad idi. İndi 3 saata getmək mümkün olan yola azı 5 saat sərf olunurdu. Nə isə ki, elektrik kəsilmələri və odun tədarükü kimi vaxtilə aktual olan problemlər kimi pis yol məsələsi də tarixə qovuşub (xırda istisnalar öz yerində). Kimin əməyi olduğunu da hamı bildiyi üçün təkrar ad çəkməyə ehtiyac yoxdur. 
Avtosfer.az xəbər verir ki, bəzi Avropa ölkələrində də bərbad yollar mövcuddur. Həm də söhbət sosialist şinelindən çıxmış ölkələrdən deyil, Qərbi Avropadan gedir. Konkret olaraq Belçikadan.
Bəs şəkildə göründüyü kimi bərbad yolların yaranmasına səbəb nədir? Nə üçün qonşu ölkələrdə belə bir hal yaşanmır?
Lesoir.be saytı bunun səbəbini sistemdə axtarır. Yəni, rəhbər şəxslər (bələdiyyə və s.) tender keçirərkən ən ucuz təklifi əsas götürülər. Qanun da çox vaxt bunu tələb edir. Buna görə də yolun ömrü elə rəhbər şəxsin mandatı bitənə qədər olur. Yol tikən şirkətlər cərimə olunmamaq üçün işi vaxtında başa çatdırmalıdır. Bu da işlərin çox vaxt tələm-tələsik, tezbazar görülməsi ilə nəticələnir. 
Lakin Avropa təkcə Belçikadan ibarət deyil. Niderland, Avstriya və Almaniya kimi gözəl yolları olan ölkələrin təcrübəsi başqadır. Bu ölkələrdə yol çəkilişi zamanı artıq özünü doğrultmuş şirkətlərə üstünlük verilir və yolun keyfiyyəti əsas götürülür. Üstəgəl, yollara texniki qulluq üçün də ciddi kapital qoyulur. Nəticə göz qabağındadır. 
Bir məsələni də xatırlatmamaq olmaz. Yolların gözəl olduğu Avropa ölkələrində həm də hərəkət intensivliyini azaltmaq prioritet sayılır. Bunun da başlıca yolu dəmir yolu nəqliyyatının əlçatanlığını və keyfiyyətini artırmaqdır. Buna görə də, dərinləşən böhrana rəğmən yüksək sürət qatarları və regional qatarlarda qiymətlər artmaq əvəzinə azaldılır. Təki əhali uzaq yola şəxsi avtomobillə deyil, daha sürətli və təhlükəsiz olan qatarla çıxsın.  
Və son olaraq: Qərbi Avropa yollarında ötən həftə yayımladığımız videodakı kimi normadan 3-4 dəfə artıq yüklənmiş avtomobilin hərəkət etməsi mümkün deyil.

 

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh