Avtodayanacaqda iki avtomobildən 30 milyon dollar oğurlanıb – Polis 4 nəfəri axtarır - ANBAAN VİDEO

Avtodayanacaqda iki avtomobildən 30 milyon dollar oğurlanıb. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib. Məlumata görə, valyutadəyişmə məntəqəsi işlədən Bilal D., oradan götürdüyü 30 milyon dolları Bakırköydə yaşadığı yaşayış kompleksinin avtodayanacağına gətirib və pulları 2 avtomobilin baqajına qoyub.
Daha sonra dörd nəfər avtomobillə dayanacağa gələrək hər iki avtomobilin şüşələrini sındırıb və baqajları açaraq orada olan 30 milyon dolları götürərək qaçıblar. Ertəsi gün Bilal D. dayanacağa gedib. Avtomobillərin şüşələrinin sındığını, baqajların açıq olduğunu və pulların orada olmadığını görən Bilal dərhal qarətlə bağlı polisə məlumat verib.
İnsident yerinə gələn polis əməkdaşları dayanacaqda araşdırma apararaq təhlükəsizlik kameralarını izləyiblər. Hazırda hadisəni törətməkdə şübhəli bilinən dörd nəfər axtarışa verilib.
Namiq Musayev
50 il əvvəl XXI əsrin avtomobilini belə təsəvvür edirdilər - FOTOLAR
“Şamaxinka”da tıxaca səbəb olan taksilər niyə yığışdırılmır? - DYP-dən AÇIQLAMA FOTOLAR
Dayanacağı zəbt edən yarım milyonluq “BMW”nin SAHİBİ KİMDİR? - FOTO
Hərəkət qaydası dəyişdi - "Şamaxinka"da ilk dəfə svetoforlar işə düşdü - FOTO - VİDEO
Vahid platforma belə olur: 8 fərqli avtomobil - FOTOLAR
"KAMAZ"ın 50 yaşı tamam olur - FOTOLAR
Bakının nəqliyyat infrastrukturu necə dəyişəcək? - Baş planda belədir - FOTO
Bu 7 naziri nə birləşdirir? - Maraqlı MƏLUMATLAR
Avtomobil mövzusunda qeyri-adi nominallı sikkə - FOTO
Hibrid avtomobil necə ortaya çıxdı? - FOTO
İlk avtomobil patentinin günü - FOTO










