Azərbaycan SSR-də traktorların mavi olmasının SƏBƏBİ - FOTO

Azərbaycanda bu gün də sovet dövründən qalmış çox sayda kənd təsərrüfatı texnikası istismar olunur. Bunların arasında traktorlar üstünlük təşkil edir. Onların ən geniş yayılmış rəngi isə mavidir. Bəs bu seçim təsadüfdür, yoxsa qanunauyğunluq?
Avtosfer.az xəbər verir ki, mənbələrdə məsələ ilə bağlı müxtəlif səbəblər göstərilir. Faktlara nəzər yetirdikdə məlum olur ki, rəng seçimi həm ideoloji, həm də texniki məsələlərlə bağlıdır.

Müharibəyədək Sovet itifaqında traktorlar qara, xaki və qırmızı rəngdə (Sovet bayrağı rəngdə) istehsal edilirdi. Müharibədən sonra isə ideoloqlar təklif etdilər ki, artıq döyüşləri, qanlı-qadalı illəri unutmaq lazımdır. Bu səbəbdən xaki (zeytun) rəng sırf hərbi texnika üçün ayrıldı.
Mavi rəng isə bərəkət simvolu olduğundan traktorların belə boyanması tövsiyə olundu. Texniki cəhətdən isə mavi rəng o dövrdəki qrunta çox gözəl yapışırdı. 70-80-ci illərin MTZ traktorlarına baxsaq onların boyasının tam silinmədiyini görərik. Üstəgəl, mavi boyada cızıq çox da hiss olunmur. Üstəgəl, bir rənglə işləmək hazır məhsulun maya dəyərini və bərpa xərclərini aşağı salır.

İxrac təyinatlı traktorlar isə bir qayda olaraq tünd qırmızı rəngə boyanırdı. Bu boyanın keyfiyyəti isə tam başqa idi.
Vüqar
Avtodayanacaqda iki avtomobildən 30 milyon dollar oğurlanıb – Polis 4 nəfəri axtarır - FOTO
Hibrid avtomobil necə ortaya çıxdı? - FOTO
İlk avtomobil patentinin günü - FOTO
Bahalı kortej yox, sadə avtomobil: Hansı ölkə rəhbərləri ucuz maşın seçir? - ARAŞDIRMA
Azərbaycanlıların ilk tanış olduğu “xarici maşın”lardan birinin ildönümü - FOTO
Almanlara İran şahından yadigar qalan "Gelandewagen" - FOTO
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR










