Azərbaycan SSR-in nömrə nişanları – SİYAHI - FOTOLENT 
Avtosfer Foto 1 Yanvar 2022 12:29 Oxunub 1630
Azərbaycan SSR-in nömrə nişanları – SİYAHI - FOTOLENT 

Ölkəmizə ilk avtomobil 20-ci əsrin ilk illərində gətirilib. 1930-cu illərədək avtomobil barmaqyla sayılacaq qədər olduğu üçün onlara heç bir nömrə nişanı tələb olunmurdu. 
1934-cü ildən etibarən say artdığı üçün fərqlənmə nişanlarının da olması zərurətə çevrildi. Beləliklə, keçmiş SSRİ-də olduğu kimi, AZərbaycanda da 1934-cü il standartı ilə nəqliyyat vasitələrinə nömrə verilməsi məcburi oldu. O vaxtkı standarta görə nömrə nişanı 2 ikirəqəmli ədəd və şəhərin adından ibarət idi: БАКУ
2 il sonra şəhər adları yığışdırıldı, yerini hərf aldı. Həm də motosikllərin nömrələri fərqləndirildi:

Avtomobillər: АЗ, АЖ, АИ, АК
Motosikllərin isə 1 seriyası vardı: АЗ

1946-cı il nömrələrində yeganə fərq seriyaların artması və rəqəmlərin qara fonda ağ rəngdə olması idi:

Avtomobillər: АЛ, АМ, АН, АФ, АХ, ВФ, ИУ.
АК, АУ, АЧ, ВХ, ЯЦ seriyalar isə yalnız Bakı şəhərində verilirdi.
Motosikllərin isə yenə də 1 seriyası vardı: АК

1958-65-ci illərdəki standartda isə rəqəm sayı dəyişməsə də, hərf kombinasiyası 3 oldu. Bu dəfə nömrələr yenə ağ fonda qara rənglə göstərildi. Üstəgəl, siyahıya traktorlar, qoşqular və xaricə səyahət edən avtomobillər də daxil edildi:
Avtomobillər: АЗА, АЗБ, АЗВ, АЗГ, АЗД, АЗЖ, АЗЗ, АЗИ, АЗК, АЗЛ, АЗМ, АЗН, АЗО, АЗП, АЗР, АЗС, АЗТ, АЗУ, АЗФ, АЗХ, АЗЦ, АЗЧ, АЗШ, АЗЩ, АЗЭ, АЗЮ, АЗЯ, АГА, АГБ, АГВ, АГГ, АГД, АГЕ, АГЖ, АГЗ, АГИ, АГК, АГЛ, АГМ, АГН, АГО, АГП, АГР, АГС, АГТ, АГУ, АГФ, АГХ, АГЦ, АГЧ, АГШ, АГЩ, АГЭ, АГЮ, АГЯ, АЖА, АЖБ, АЖВ, АЖГ, АЖД, АЖЖ, АЖЗ, АЖИ, АЖК, АВА, АВД, АВМ
Xaricə səfər üçün yük avtomobilləri: AAH
Qoşqu: АЗ, АУ
Motosikl: АЗА, АЗБ, АЗВ, АЗГ, АЗД, АЗЕ, АЗЖ, АЗИ, АЗК, АЗЛ, АЗМ, АЗП, АЗЯ
Traktor: АК, АЛ, ДЦ, АХ

Nəhayət, 1977-ci il standartı daha geniş idi və kateqoriyalar artırılmışdı:
Dövlətə məxsus minik avtomobilləri: АГА, АГВ, АГД, АГЕ, АГЖ, АГТ

Taksilər: АГБ

Xüsusi seriya (yarış avtomobilləri): АГЗ

Yük avtomobilləri:
АГА, АГЛ, АГМ, АГН, АГО, АГП, АГР, АГС, АГТ, АГУ, АГФ, АГХ, АГЦ, АГЧ, АГШ, АГЭ, АГЯ

Xaricə gedən yük avtomobilləri: ААК

Fərdi minik avtomobilləri:
аАГ, бАГ, вАГ, гАГ, дАГ, еАГ, жАГ, зАГ, иАГ, кАГ, лАГ, мАГ, нАГ, оАГ, пАГ, рАГ, сАГ, тАГ, уАГ, фАГ, хАГ, цАГ, чАГ, шАГ, эАГ, юАГ, яАГ
аАЗ, бАЗ, вАЗ, гАЗ, дАЗ, еАЗ, жАЗ, зАЗ, иАЗ, кАЗ, лАЗ, мАЗ, нАЗ, оАЗ, пАЗ, рАЗ, сАЗ, тАЗ, уАЗ

Xaricə gedən fərdi avtomobillər: кАА

Qoşqular: АЗ, АУ

Xaricə gedən qoşqular: ЕР

Motosikllər: АЗА, АЗБ, АЗВ, АЗГ, АЗЯ

Traktorlar: АЧ, АЩ, ФУ

Traktor qoşquları: АУ, ФУ

Bu seriyadan olan nömrə nişanları 1990-cı illərin sonunadək ölkəmizdə istifadə olundu. Hazırda bu nişanı daşıyan nəqliyyat vasitələrinə rayonlarda təsadüfən də olsa rast gəlmək mümkündür.

 

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh