Azərbaycanda iribuynuzlu heyvan sürücünün ölümünə səbəb olub - YENİLƏNİB - FOTO

Avtosfer Foto 8 May 2024 14:13 Oxunub 6014
Azərbaycanda iribuynuzlu heyvan sürücünün ölümünə səbəb olub - YENİLƏNİB - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Zərdabda iribuynuzlu heyvan sürücünün ölümünə səbəb olub. Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Ağcabədi rayonu, Aşağı-Avşar kəndində yaşayan 1991-ci il təvəllüdlü Xəyal Rəhman oğlu Paşayev idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə Zərdab-Mollakənd yolunun Zərdab rayonu, Şəftəhal kəndindən keçən hissəsində hərəkətdə olarkən qarşısına çıxan iribuynuzlu heyvanı vurması ilə idarəetməni itirib və avtomobilin yolun kənarına aşması nəticəsində aldığı çoxsaylı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı Zərdab RPŞ-nin İstintaq qrupunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.

***

7 may 2024

21:12

Zərdabda ağır yol qəzası baş verib. Avtosfer.az xəbər verir ki, hadisə Zərdab-Mollakənd yolunun Şəftəhal kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, 99-VZ-076 qeydiyyat nömrə nişanlı “Mercedes Benz” marklı minik avtomobili hərəkətdə olan zaman qarşısına çıxan iribuynuzlu heyvanı vurub, daha sonra idarəetmədən çıxan nəqliyyat vasitəsi öncə dirəyə daha sonra isə yol kənarına aşıb. Zərbənin şiddətindən avtomobil deformasiyaya uğrayıb.

Nəticədə ağır xəsarət alan sürücü, Ağcabədi rayon sakini, 1991-ci il təvəllüdlü Xəyal Paşayev hadisə yerində dünyasını dəyişib.

 

Namiq Musayev


ŞƏRH YAZ
Ad

E-mail

Şərh