“Azza” səkini zəbt edib piyadalara “kimə şikayət edirsənsə, et” deyir - İDDİA - FOTO

Paytaxt küçələrində dayanma-durma qaydalarını pozan sürücülər olduqca çoxdur. Xüsusilə səkiləri zəbt edən nəqliyyat vasitələri piyadaların təhlükəsiz və rahat şəkildə hərəkətinə əngəl törədir. Təbii ki, qayda pozan sürücülər müxtəlif bəhanələr gətirərək vəziyyətdən çıxış yolu tapırlar. Lakin istənilən halda qayda pozuntusuna yol vermək olmaz.
İşıqlandırdığımız və həmişə aktual olan qayda pozuntusu Nəsimi rayonu Xan Şuşinski 62 ünvanında qeydə alınıb. İzləyici tərəfindən Avtosfer.az-a göndərilən fotoşəkillərdən aydın olduğu kimi, 90-ST-244 dövlət nömrə nişanlı və 99-JN-138 dövlət nömrə nişanlı “Mercedes” markalı yük maşınlarının sürücüləri dayanma-durma qaydalarını pozub. Şikayətçinin iddiasına görə, qayda pozan nəqliyyat vasitələri “AZZA” QSC-yə məxsusdur. O bildirib ki, yük maşınları uzun müddət səkidə dayanaraq insanların hərəkətinə maneə olur. Nəticədə piyadalar məcbur qalaraq yolla hərəkət edir və özlərini təhlükəyə atırlar. Vətəndaş vəziyyətlə əlaqədar şirniyyat mağazasına dəfələrlə şikayət etdiklərini, lakin qarşılığında “kimə, hara müraciət edirsiniz edin” deyə, cavab aldıqlarını əlavə edib.
Nərmin
50 il əvvəl XXI əsrin avtomobilini belə təsəvvür edirdilər - FOTOLAR
“Şamaxinka”da tıxaca səbəb olan taksilər niyə yığışdırılmır? - DYP-dən AÇIQLAMA FOTOLAR
Dayanacağı zəbt edən yarım milyonluq “BMW”nin SAHİBİ KİMDİR? - FOTO
Hərəkət qaydası dəyişdi - "Şamaxinka"da ilk dəfə svetoforlar işə düşdü - FOTO - VİDEO
Vahid platforma belə olur: 8 fərqli avtomobil - FOTOLAR
"KAMAZ"ın 50 yaşı tamam olur - FOTOLAR
Bakının nəqliyyat infrastrukturu necə dəyişəcək? - Baş planda belədir - FOTO
Bu 7 naziri nə birləşdirir? - Maraqlı MƏLUMATLAR
Avtomobil mövzusunda qeyri-adi nominallı sikkə - FOTO
Avtodayanacaqda iki avtomobildən 30 milyon dollar oğurlanıb – Polis 4 nəfəri axtarır - ANBAAN VİDEO
Hibrid avtomobil necə ortaya çıxdı? - FOTO














