Banner

Qarabağda sürülən nəqliyyat vasitələrində nömrələr necə olub? – TARİX - FOTO

Avtosfer Foto 26 Sentyabr 2023 15:56 Oxunub 2666
Qarabağda sürülən nəqliyyat vasitələrində nömrələr necə olub? – TARİX - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu günlərdə Qarabağı tərk edən avtomobillərdəki qəribə nömrə nişanlarına çoxları şahid olub. Qondarma xunta rejimi özünün “müstəqil” nömrə nişanlarını düzəltmişdi. Amma vaxtilə Qarabağdakı avtomobillər Azərbaycanın digər regionlarındakına oxşar nömrələr daşıyırdı.

VACİB QEYD. Bu gün “Dağlıq Qarabağ Muxtar Vilayəti” (DQMV), “Dağlıq Qarabağ regionu” adlı ərazi vahidləri, “Qarabağ münaqişəsi” adlanan konflikt yoxdur. Bu səbəbdən yazıda işlədəcəyimiz ifadələr sırf tarixi kontekstdə başa düşülməlidir.   

Avtosfer.az xəbər verir ki, sovet vaxtı Qarabağdakı avtomobillər Azərbaycan SSR-in digər regionlarındakına oxşar seriyalı nömrələr daşıyırdı. Ən son nömrələr bütün SSRİ-də olduğu kimi 1977-ci il nümunəli idi. Yük avtomobilləri (sovet dövründə fərdi yük avtomobili yox idi – müəl.) АГА, АГЛ, АГМ, АГН, АГО, АГП, АГР, АГС, АГТ, АГУ, АГФ, АГХ, АГЦ, АГЧ, АГШ, АГЭ, АГЯ seriyalı idi.

Minik avtomobillərində isə seriya ya АГ, ya da АЗ idi. Daha dəqiq desək:
аАГ, бАГ, вАГ, гАГ, дАГ, еАГ, жАГ, зАГ, иАГ, кАГ, лАГ, мАГ, нАГ, оАГ, пАГ, рАГ, сАГ, тАГ, уАГ, фАГ, хАГ, цАГ, чАГ, шАГ, эАГ, юАГ, яАГ
аАЗ, бАЗ, вАЗ, гАЗ, дАЗ, еАЗ, жАЗ, зАЗ, иАЗ, кАЗ, лАЗ, мАЗ, нАЗ, оАЗ, пАЗ, рАЗ, сАЗ, тАЗ, уАЗ
Azərbaycanda mərkəzi hakimiyyətin nəzarətindən çıxdıqdan sonra separatçılar 1991-ci ildə АГ və АЗ seriyalı nömrələri təhvil verərək рНК (республика Нагорный Карабах) və  НКР (Нагорно-Карабахская Республика) seriyalı nömrələr aldılar. Bir müddət sonra bura НКА, НКР, НКО, аНК, рНК da əlavə edildi. 
Amma burda da erməni xislətinə xas oğurluq yaddan çıxmadı. НКА, НКР, НКО seriyası Litva SSR-in xaricə səfər edən avtomobillərinə verilən nömrələrlə üst-üstə düşürdü!

Traktor nömrələi isə sovet vaxtındakı kimi qaldı: НК, НО.

Lakin həyasızlığın daha betəri qabaqda idi. 
1996-cı ildə müstəqil Ermənistan öz nömrə nişanlarını hazırlayanda qondarma rejim də yaddan çıxmadı. Buradakı avtomobillərin nömrə nişanlarında AM (Armenia) yazısı peyda oldu. Sovet və “Artsax” nömrələri Ermənistan Respublikasının nömrə standartlarına uyğunlaşdırıldı. “Dağlıq Qarabağ Respublikası”nın regional kodları isə 22 və 90 idi.

İndi isə vəziyyət başqadır. Qarabağda yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının nömrə nişanlarını 1991-ci dildən əvvəlki vəziyyətə qaytarmağın vaxtı çatıb. Təbii ki, bunu etmək DYP və digər qurumlar üçün çox da çətin deyil. Lakin ilk növbədə güclü və qalib Azərbaycanın vətəndaşlığını qəbul edərək “Artsax”ın “sənədi”ni Azərbaycanın şəxsiyyət vəsiqəsi və pasportu ilə əvəzləmək lazımdır. Bu isə sırf könüllülük prinsipinə əsaslanır və hər bir kəsin azad seçiminə buraxılıb.

 

Vüqar

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh