Banner

Bakıda "Azparking" ərazisi özəlləşdirilib: Nəzarətçilər niyə göz yumur? - ŞİKAYƏT - FOTO

Avtosfer Foto 24 Dekabr 2025 10:00 Oxunub 552
Bakıda "Azparking" ərazisi özəlləşdirilib: Nəzarətçilər niyə göz yumur? - ŞİKAYƏT  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda parklanma yerinin qanunsuz şəkildə zəbt olunması ilə bağlı oxuculardan biri redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, söhbət paytaxtın 28 May küçəsindən gedir. Belə ki, Nizami kinoteatrının yanında "Azparking" ərazi dəmir maneələrlə özəlləşdirilib. Gündüz saatlarında dəmir maneələr qıfıllı olduğu üçün digər nəqliyyat vasitələrinin sürücüləri həmin ərazidə parklanma edə bilmirlər. Qeydə alınmış fotodan da aydın şəkildə görünür ki, dəmir maneələrin bir neçəsi açılaraq avtomobillər park edilib. Onlardan biri bağlı olduğu üçün parklanma yeri boş qalıb.

Maraqlısı budur ki, "Azparking" əməkdaşları ərazidə xidmət aparsalar da sözügedən məsələyə göz yumurlar.

Maşını səkiyə çıxarıb özünə parklanma yeri düzəltdi - FOTO

Ümid edirik ki, aidiyyəti qurumlar tez bir zamanda ərazini müayinə edəcək və quraşdırılmış maneələr oradan götürüləcək.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh