Bakıda daha bir küçədə ağacların dibi asfaltlanıb - FOTO - VİDEO

Avtosfer Foto 3 Sentyabr 2021 12:42 Oxunub 1378
Bakıda daha bir küçədə ağacların dibi asfaltlanıb  - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakı şəhərində daha bir ərazidə ağacların dibi asfaltlanıb.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Bildirilib ki, Suraxanı rayonu Etibar Bəkirov küçəsində ağaclar budanıb, dibi isə asfaltlanıb. 

Məsələ barədə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi ilə əlaqə saxladıq. 

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ağacların dibi asfaltdan təmizlənib:

“Onlara aqrotexniki qaydada qulluq göstərilib”.

Qeyd edək ki, bir neçə gün əvvəl Nəsrəddin Tusi küçəsində, Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində də ağacların dibinin asfaltlanması ilə bağlı məlumat yayılmışdı.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh