Bakıda dəhşətli qəzada ölənlərin görüntüləri - FOTO-VİDEO
Avtosfer Foto 16 Mart 2022 14:37 Oxunub 29666
Bakıda dəhşətli qəzada ölənlərin görüntüləri - FOTO-VİDEO

Ötən gün Bakı-Qazax yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsində ölənlərin kimlikləri məlum olub. Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Avtosfer.az-a bildirilib ki, hadisə ötən gün axşam saat 19:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən keçən 28,5-ci kilometrliyində qeydə alınıb: “Belə ki, “Hovo” markalı yük avtomobilinin sürücü Qazax rayonunda istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə yolun sağ hissəsində olan QAZ markalı mikroavtobusla toqquşub. Toqquşma nəticəsində mikroavtobusda olan 3 sərnişin ölüb, sürücü isə xəsarət alıb. Faktla bağlı araşdırma aparılır”.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Qaradağ rayonu ərazisində baş verən qəza zamanı 3 kişi hadisə yerində dünyasını dəyişib: “Daha iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə çatdırılıblar”.

Oxu.az-ın əldə etdiyi məlumata görə, hadisə nəticəsində 2001-ci il təvəllüdlü Qəribov Babaşah Ağaşah oğlu, 1984-cü il təvəllüdlü Zeynalov Qayıb Nizami oğlu və 1987-ci il təvəllüdlü Qaraşov Məhəmməd Zakir oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh