Bakıda iki avtomobil toqquşub; xəsarət alan var - FOTO - VİDEO

Avtosfer Foto 20 Aprel 2022 11:38 Oxunub 1966
Bakıda iki avtomobil toqquşub; xəsarət alan var - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakının Yasamal rayonunda sərxoş olduğu deyilən sürücü qəza törədib. APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb. Belə ki, Qələbə dairəsindən metronun Koroğlu stansiyası istiqamətində olan “Ford” markalı avtomobilin sürücüsü yüksək sürətlə eyni istiqamətdə hərəkətdə olan Mahmud Nuriyevə məxsus “Mercedes” markalı avtomobilə çırpılıb.

Zərbə o qədər güclü olub ki, “Mercedes” əks istiqamətdə yolayrıcı betonun üzərinə düşüb.

Qəza nəticəsində “Ford”un sürücüsü xəsarət alıb.

Mahmud Nuriyev APA-ya müsahibəsində bildirib ki, qəza törədən “Ford”un sürücüsü sərxoş vəziyyətdə olub.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları və Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Bakıda iki avtomobil toqquşub xəsarət alan var  - FOTO  - VİDEO Bakıda iki avtomobil toqquşub xəsarət alan var  - FOTO  - VİDEO Bakıda iki avtomobil toqquşub xəsarət alan var  - FOTO  - VİDEO

ŞƏRH YAZ
Ad

E-mail

Şərh