Bakıda STALİNİN FOTOSU olan "Prius" peyda oldu

Avtosfer Foto 7 Mart 2023 15:00 Oxunub 870
Bakıda STALİNİN FOTOSU  olan "Prius" peyda oldu
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda bir sürücü SSRİ lideri İosif Stalinin fotosunu "Toyota Prius" markalı avtomobilinə yapışdırıb.

Avtosfer.az xəbər verir ki, bu isə görənləri heyrətləndirib. Azərbaycanı müstəmləkə altında saxlayan, repressiyalarla onlarla ictimai xadimimizi faciəvi şəkildə öldürən şəxsin fotosunu maşına yapışdırmaq birmənalı qarşılanmayıb. Həmin sürücüdə Stalin sevgisinin haradan qaynaqlandığı da naməlumdur.

Bəs görək, belə foto ilə avtomobil idarə etmək düzgündürmü?

Məsələ ilə bağlı Lent.az-a danışan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, bu formada avtomobili idarə etmək hərəkət iştirakçılarının diqqətini yayındırır:

“Ümumiyyətlə əxlaqi normalara, mədəni səviyyəyə, mənəvi dəyərlərə sığmayan müxtəlif xarakterli yazılar və ifadələr ictimaiyyətin qınağına, kəskin ikrah hissinə, haqlı narazılığa səbəb olur.

Dövlət Yol Polisinin əsas vəzifəsi və qanuni səlahiyyət dairəsi hərəkətin təşkilini, təhlükəsizliyini qanun çərçivəsində təmin etməkdir. Bununla yanaşı, ictimai qaydanı qorumaq, bu prosesdə nizam-intizamın təmin edilməsi də tərəfimizdən həyata keçirilir. 

Sürücülərdən xahiş edirik ki, avtomobilin əsas təyinatını unutmasınlar. Kiminsə fikirlərini, istəklərini, baxışlarını ifadə etmək arzusu varsa, bunu qanun çərçivəsində, təyinatı üzrə etməlidir. Özünə qarşı diqqət cəlb etmək məqsədilə ətraf mühitə, ictimaiyyətə yersiz informasiyalar ötürüb narazılıq yaratmamalıdır.

Belə sürücülərin diqqətinə çatdırırıq ki, avtomobilin üzərinə lüzumsuz ifadələr yazmaqdan yayınsınlar. Bu işlərin əvəzinə daha faydalı və vacib olan “Yol hərəkəti haqqında” qanunun tələblərinə riayət etməyi, nəqliyyat vasitələrinin texniki sazlığını diqqətdə saxlamağı və təhlükəsiz hərəkəti təmin etməyi tövsiyə edirik”.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh