Reklam

"BakuBus"un avtobuslarına minəndə bu nöqtələrə əl vurmayın! - YANDIRIR - FOTO

Avtosfer Foto 17 Yanvar 2022 13:38 Oxunub 1330
"BakuBus"un avtobuslarına minəndə bu nöqtələrə əl vurmayın! - YANDIRIR - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Avropa Oyunlarından sonra şəhərimizin avtobus parkı əsaslı şəkildə yeniləndi. Şəhərə qaz mühərrikli "Iveco” markalı avtobuslar gətirilərək istismara buraxıldı. İlk dövrlərdə bu avtobuslardan sərnişinlər razı qalsalar da, sonradan istehsalçıdan asılı olmayan xırda problemlər narazılıq doğurmağa başladı. Məsələn, (şəxsi təcrübəmdən deyirəm) nəfəsliklərin kilidlənməsi, kondisionerlərin temperaturunun düzgün tənzimlənməməsi, qışda salonun həddən artıq isti olması, havasızlıq kimi xırda problemlər bu gün də müşahidə edilir.
Hətta o zaman bir sürücüdən nə üçün kəskin tormoz verdiyini soruşduqda istehsalçı zavodu günahkar çıxardı (zavodskoy defektdir, bütün maşınlar belədir). Nə isə.
Həftə sonu belə bir avtobusa (30 saylı marşrut) səhər vaxtı minərək intizamlı sərnişin kimi arxa tərəfə keçdim. Amma ani ehtiyatsızlıqdan əlim yandı. Arxa tərəfdə mühərrikə qulluq üçün nəzərdə tutulmuş qapının boltları bağlı olsa da, mexaniklər plastik başlıqları ya keçirməyə əriniblər, ya da dəfələrlə sökülüb-taxıldığı üçün başlıqlar itib. Bu səbəbdən mühərrik bölməsindən gələn istilik boltları əl yandıracaq həddə qızdırır. İndi təsəvvür edin ki, bura bir uşaq toxunur. 
“Iveco” markalı avtobuslarda başqa problem salonun arxa tərəfində qaz iyinin hiss olunmasıdır. Bütün avtobuslarda olmasa da, belə bir iyin dəfələrlə şahidi olmuşam. 

Qazla işləyən texnikadan istifadə həm səmərəli, həm də ekoloji cəhətdən faydalı olsa da, bu məsələ əmmasız ötüşmür. İstənilən mühərrik boş işlədikdə (xolostoy xod) həm atmosferə buraxılan dəm qazının həcmi artır, həm də aşınma sürətlənir. Dərnəgül, Əzizbəyov, Lökbatan mübadilə mərkəzlərinə yolu düşənlər işləyən mühərriklərin səsini onlarla metr uzaqdan eşidə bilər. Bir sözlə, mühərriklərin saatlarla işləməsi nəticəsində həm ekologiya pozulur, həm də əlavə səs-küy yaranır. Ayrı-ayrı vaxtlarda sürücülərdən bunun səbəbini soruşduqda eşitdiyim cavab eyni olub: mühərriki təkrar işə salmaq çətindir, qarajda mühərriki söndürməmək tapşırılıb və s. Amma maraqlıdır ki, "Xaliq Faiqoğlu"nun avtobuslarında sürücü üçün təlimatda mühərrikin sonuncu dayanacaqda söndürülməsi tələbi yer alır və sürücülər buna əsasən əməl edirlər. 
Bəs onda görəsən "BakuBus"un avtobuslarının səhər saat 06.00-dan gecə yarısınadək mühərrikinin dayanmadan işlədilməsinin texniki izahı nədir?  Bildiyimiz qədəri sutka ərzində mühərrikin dayanmadan işlədilməsi heç bir avtomobildə nəzərdə tutulmayıb. Bu avtobusların Avropa istehsalı olduğunu nəzərə alaraq tam əminliklə deyə bilərik ki, istehsal olunduğu ölkədə texnikanı bu cür istismar edən şirkət sanballı cərimə ödəməyə məcbur edilərdi. Mühərriki lüzumsuz yerə işlətməyə görə Avropa ölkələrində cərimələr 56 – 135 avro arasında dəyişir. Təkrarlanma və ya ödəmənin gecikməsi hallarında məbləğ 750 avroyadək yüksələ bilir.
Bəs görəsən "BakuBus"un hər gün minlərlə avtobusunun mühərrikinin sutkada 17-18 saat dayanmadan işləməsindən yaranan xərc necə qarşılanır? Və ya avtobusları son dayanacaqda söndürərək hər gün neçə kubmetr qaza qənaət etmək mümkündür?
O ki qaldı ekologiyaya, bunun tüstüsünü bütün Bakı sakinləri udur. İstifadə etdiyi nəqliyyat növündən asılı olmayaraq.

 

Vüqar Yaşaroğlu

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh