"Betmən"in avtomobili 1.5 milyon dollara satışa çıxarılır - FOTO - VİDEO

Avtosfer Foto 29 Noyabr 2022 12:03 Oxunub 936
"Betmən"in avtomobili 1.5 milyon dollara satışa çıxarılır - FOTO  - VİDEO

Tim Bertonun rejissoru olduğu “Betmen qayıdır” filmindəki “Batmobile” “Classic Auto Mall” portalında 1,5 milyon dollara satışa çıxarılıb  Avtosfer.az xəbər verir ki, o, 1980-ci il buraxılışı olan “Chevrolet Impala” şassisi üzərində düzəldilib. 1989 və 1992-ci illərdəki filmlərdə çəkilmiş bu avtomobillərin əksəriyyətinə V8 mühərriki quraşdırılıb. Bununla belə, satışa çıxarılan “Batmobile” saatda 50 kilometr sürət yığmağa imkan verən elektrik ötürücü ilə təchiz edilib. Bundan əlavə, film üçün avtomobilə işlək vəziyyətdə olan odpüskürücülər quraşdırılıb. Avtomobili aktyor Denni De Vitonun personajı olan Pinqvinə “Batmobile”i pultla uzaqdan idarə etmək imkanı verildiyi səhnədə görmək olar. Yeri gəlmişkən, çəkiliş üçün avtomobilin salonunda əsas oturacaqların arxasında hətta kaskadyor sürücü üçün gizli yer də var.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh