"BMW"-nin zirehli elektromobili üzə çıxdı – DÜNYADA İLK - FOTO

Avtosfer Foto 6 Sentyabr 2023 16:00 Oxunub 810
"BMW"-nin zirehli elektromobili üzə çıxdı – DÜNYADA İLK   - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

İlk baxışda adama elə gəlir ki, bu, BMW-nin 7-ci seriyasından olan avtomobildir. Fərqi hiss etmək üçün təkərlərə və şüşəyə diqqət etmək lazımdır. 

Avtosfer.az-ın xəbərinə görə, BMW i7 Protection yalnız xarici görünüşünə görə standart 7-ci seriyaya bənzəyir. Reallıqda isə söhbət zirehli elektromobildən gedir. Almaniyanın Dinqolfinq şəhərində istehsal olunan model dünyada ilk zirehli elektromobil hesab edilir. 

Avtomobilin karkası və şüşələri 7,62 mm-lik zirehdələn gülləyə davam gətirir. İstehsalçı bildirir ki, xüsusi emal keçmiş poladdan hazırlanmış kuzov hava hücumu, qumbara və ya mina partlayışına davam gətirir.  

Təkərlər tam boşalsa belə, maşını 80 km/saat sürətlə idarə etmək mümkündür.

Əsas məsələ maşının elektrik mühərriki ilə hərəkətə gətirilməsidir. 544 at gücü mühərrik maşının sürətini 9 saniyəyə 100 km/saata çatdırır. Benzin mühərrikinin olmaması avtomobilin hücum zamanı yanma riskini, həmçinin zirehli maşınlara xas olan qızmanı da istisna edir. 

Avropa bazarı üçün nəzərdə tutulan avtomobilin qiyməti açıqlanmır.

Vüqar

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh