Bu ölkədə svetofor milli dəyərlərə zidd hesab olunur - FOTOLAR

Himalay dağlarının əhatəsində yerləşən bu ölkənin adına xəbərlərdə çox da rast gəlinmir. 38 min kvadrat kilometr ərazisi olan ölkədə siyasi sabitlik mövcuddur, dünya ilə əlaqə bizim səviyyədə deyil. Amma söhbət bundan getmir.
Avtosfer.az xəbər verir ki, Butan Krallığı dünyada svetofor olmayan azsaylı ölkələrdəndir. Doğrudur, bəzi cırtdan dövlətlərdə belə bir avtomatik tənzimləyicinin yoxluğu tam normaldır. Amma Butanda əhali sayı 1 milyon nəfərə yaxınlaşır.
1995-ci ildə bu ölkənin paytaxtı Trimphuda ilk svetoforun quraşdırılması ciddi narazılıq yaratdı. Əhali iddia edirdi ki, svetofor ruhsuzdur, milli ənənəyə uyğun deyil. Narazılıq o həddə çatdı ki, polis svetoforu işə saldıqdan 3 saat sonra söndürməli oldu. Ertəsi gün isə onu tamamilə demontaj etdilər.
İndi yol ayrıclarında hərəkəti yol polisinin əməkdaşları tənzimləyirlər. Onlar hər 30 dəqiqədən bir dəyişdirilir.
Ölkədə avtomobilləşmə də çox ləng gedir. İdxal rüsumları çox böyük olan krallığa yalnız təzə avtomobil gətirilməsinə icazə verilir.
Vüqar



Yağış körpüləri dağıtdı - Bu kəndlərin rayonla əlaqəsi kəsildi – FOTO
Şahənşahın oğluna qalmayan avtomobil kolleksiyası - FOTOLAR
Yeni “Volga” təqdim edildi - FOTOLAR
“Sənin maşınını istəyirəm...” - Azyaşlıdan Prezidentə - FOTOLAR - VİDEO
“Holland dairəsi” nədir? - FOTOLAR
Bu prospektdə hərəkət sxemi dəyişir - Düzünə getmək mümkün olacaq - FOTO
Bakının tramvay tarixi; maşinistlər yenə qadınlar olmalıdır? - ARAŞDIRMA
Rus və ukraynalıların Afrika səhrasındakı döyüşlərindən geriyə qalan avtomobillər - FOTOLAR
Sovet avtomobillərinin reklam üzü niyə məhz rus qadınları idi? - FOTOLAR
Lökbatanda sovet memarlarının “səhvləri” belə düzəldilir - FOTOLAR
Sovet Azərbaycanında avtomobil qiymətləri - FOTOLAR










