DYP Nəsimidə sürücülərdən pul yığan "parkovşik"lərə SON XƏBƏRDARLIQ ETDİ - FOTOLAR

Nəsimi rayonu ərazisində sürücülərdən qanunsuz olaraq pul yığan 10 nəfər müəyyən edilib. Avtosfer.az xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları keçirdikləri tədbirlər nəticəsində özlərini parkinq nəzarətçisi kimi təqdim edən şəxslər aşkad edilib. Yol polisi əməkdaşları onlarla fərdi söhbətlər aparıb, etdikləri əməlin qanunsuz olduğunu diqqətə çatdırıblar. Eyni zamanda qeyd olunub ki, onların bu davranışları vətəndaşları narahat etdiyi üçün daxili işlər oqranlarına çoxsaylı vətəndaş müraciətləri daxil olub. Araşdırmalar zamanı qeyd olunan faktlar təsdiqini tapıb.
Bütün bunları nəzərə alaraq Nəsimi rayon DYP Şöbəsinin əməkdaşları həmin parkinq nəzarətçilərinə xəbərdarlıq edib. Bildirilib ki, bir daha yol kənarında dayanıb park edilən avtomobillərin sürücülərindən pul tələb etdikdə barələrində qanunla nəzərdə tutulan qaydada tədbir görüləcək.
Nəsimi DYPŞ parkinq ərazilərinə nəzarət tədbirlərini gündəlik davam etdirəcək.
Elmin
Avtodayanacaqda iki avtomobildən 30 milyon dollar oğurlanıb – Polis 4 nəfəri axtarır - FOTO
Hibrid avtomobil necə ortaya çıxdı? - FOTO
İlk avtomobil patentinin günü - FOTO
Bahalı kortej yox, sadə avtomobil: Hansı ölkə rəhbərləri ucuz maşın seçir? - ARAŞDIRMA
Azərbaycanlıların ilk tanış olduğu “xarici maşın”lardan birinin ildönümü - FOTO
Almanlara İran şahından yadigar qalan "Gelandewagen" - FOTO
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR



















