“Gelandewagen”lə piyadaları vurdu: 6 nəfər xəsarət alıb - FOTO + VİDEO

Avtosfer Foto 17 İyun 2024 19:57 Oxunub 3246
“Gelandewagen”lə piyadaları vurdu:  6 nəfər xəsarət alıb - FOTO + VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Türkiyənin Muğla şəhərində minik avtomobili yol kənarında hərəkət edən piyadaları vurub.

Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, hadisə Bodrum rayonunda qeydə alınıb.

Məlumata görə, sürətlə hərəkətdə olan “Mercedes Gelandewagen” markalı minik avtomobili, sürücünün idarəetməsindən çıxaraq əvvəlcə yol kənarında hərəkət edən bir qrup piyadanı vurub, daha sonra isə bir neçə nəqliyyat vasitəsinə çırpılıb.

Nəticədə aralarında yerli və xarici turistlərin olduğu 6 piyada xəsarət alıb.

Yaralılar, hadisə yerinə cəlb edilən ambulanslarla xəstəxanaya çatdırılıblar.

Polis qəzanın başvermə səbəblərini araşdırır.

 

Namiq Musayev

 

Kalabalığa dalan lüks cip 6 kişiyi ezdi

Kalabalığa dalan lüks cip 6 kişiyi ezdi - Sakarya Son Dakika Haberleri -  Bizim Sakarya Gazetesi

Kalabalığa dalan lüks cip 6 kişiyi ezdi

ŞƏRH YAZ
Ad

E-mail

Şərh