Avtosfer.az | Reklam
İki avtomobil toqquşub bu hala düşdü; ata və oğul vəfat etdi - FOTO
Avtosfer Foto 22 İyun 2020 19:22 Oxunub 1648
İki avtomobil toqquşub bu hala düşdü;  ata və oğul vəfat etdi - FOTO
Polis faktla bağlı araşdırma aparır

Türkiyənin Rize əyalətində iki minik avtomobilinin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, qəza iyunun 22-də Qaradəniz sahil yolunda qeydə alınıb. 

Məlumata görə, 62 yaşlı Süleyman Düzgün, idarə etdiyi 61 KJ 786 qeydiyyat nömrə nişanlı minik avtomobillə hərəkətdə olan zaman sükan idarəetməsini itirib və əks zolağa çıxaraq qarşıdan gələn, Yusif Sinan Akbuludun idarə etdiyi 06 DG 7238 qeydiyyat nişanlı minik maşını ilə toqquşub. Zərbənin şiddətindən hər iki avtomobil yararsız vəziyyətə düşüb.

Qəza nəticəsində Süleyman Düzgün və onun 14 yaşlı oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Digər maşının sürücüsü Yusif Sinan Akbulud, təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Polis faktla bağlı araşdırma aparır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh