İki bacı ağır yol qəzasına düşdü; 1-i öldü, digəri yaralandı - FOTO
Avtosfer Foto 24 Avqust 2020 18:00 Oxunub 5898
İki bacı ağır yol qəzasına düşdü;  1-i öldü, digəri yaralandı - FOTO

Türkiyənin Bursa vilayətində minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, hadisə avqustun 24-də 03.30 radələrində Gebze –Orhangazi – İzmir avtomagistralının Orhanqazi rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, Bursadan İstanbula gedən 24 yaşlı Məltəm Duyğulu, idarə etdiyi 34 CYL 435 qeydiyyat nömrə nişanlı “Opel” markalı avtomobillə hərəkətdə olarkən sükan idarəetməsini itirib və yol kənarındakı dəmir baryerlərə çırpılıb.

Zərbənin təsirindən avtomobil əzik-əzik olub. Sürücü və onun 20 yaşlı bacısı Damla Duyğulu deformasiyaya uğramış maşında sıxılmış vəziyyətdə qalıblar.

Ətrafdakı sürücülərin çağırışı ilə əraziyə xilasetmə, polis, və təcili tibbi yardım briqadasının əməkdaşları cəlb edilib.

Xilasedicilər hadisə yerində dünyasını dəyişən Məltəm və xəsarətlər alan Damla bacılarını, xüsusi texnikanın köməkliyi ilə sıxışıb qaldıqları yerdən çıxararaq təcili tibbi yardım briqadasına təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh