Avtosfer.az | Reklam
İki “Lada” toqquşaraq alovlandı; 6 nəfər yanaraq öldü - FOTOlar
Avtosfer Foto 18 İyun 2020 13:10 Oxunub 3084
İki “Lada” toqquşaraq alovlandı;  6 nəfər yanaraq öldü - FOTOlar
Hüquq-mühafizə orqanları tərəfindən hadisənin təfərrüatları araşdırılır

Rusiyanın Mordoviya Respublikasında iki minik avtomobilinin iştirakı ilə ağır yol qəzası baş verib. Avtosfer.az “TASS” agentliyinə istinadən xəbər verir ki, hadisə iyunun 18-də gecə saatlarında Saransk dairəsində qeydə alınıb.

Məlumata görə, Nikolaevka qəsəbəsi ərazisində iki “Lada Granta” markalı avtomobil toqquşub. Zərbənin təsirindən hər iki nəqliyyat vasitəsi yanıb.

Qəza nəticəsində avtomobillərin salonunda olan ümumilikdə 6 nəfər yanaraq dünyasını dəyişib.

Hüquq-mühafizə orqanları tərəfindən hadisənin təfərrüatları araşdırılır.

 

Namiq Musayev

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh