İki minik avtomobili toqquşdu; 5 ölü, 1 yaralı - FOTOLAR
Avtosfer Foto 1 Aprel 2021 21:54 Oxunub 618
İki minik avtomobili toqquşdu;  5 ölü, 1 yaralı - FOTOLAR

Türkiyənin Şanlıurfa vilayətində iki nqəliyyat vasitəsinin iştirakı ilə ağır yol qəzası baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə Şanlıurfa-Akçaqala avtomagistralının Uğurlu məhəlləsi yaxınlığında qeydə alınıb.

Məlumata görə, 34 SY 4531 və 35 AİD 226 dövlət qeydiyyat nömrə nişanlı iki minik avtomobili toqquşub.

Zərbənin şiddətindən hər iki maşın deformasiyaya uğrayıb.

Qəza nəticəsində 6 nəfər xəsarət alıb.

Yaralılar, hadisə yerinə çağırılan ambulansla xəstəxanaya çatdırılıb. Lakin onlardan 5-nin həyatını xilas etmək mümkün olmayıb.

Faktla əlaqədar araşdırma aparılır.

 

Namiq Musayev

 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh