İkinci Dünya müharibəsində batan gəmidən görün nə tapıldı - FOTO

Sakit Okeanın 5 kilometr dərinliyində batmış ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Yorktown” adlı təyyarə gəmisində aşkarlanan avtomobil, həm mütəxəssislər, həm də dəniz tarixçiləri üçün maraqlı və izahı çətin bir sirrə çevrilib.
Avtosfer.az xəbər verir ki, aparılan araşdırmalar zamanı avtomobil ekspertlərinin köməyi və sosial mediada paylaşılan görüntülər vasitəsilə gəminin içindən tapılan avtomobilin modeli müəyyən edilib. Məlum olub ki, bu, 1940-41-ci illərə aid Ford Super Deluxe "Woody" vaqonudur. Avtomobilin arxa şüşəsi və ehtiyat təkəri üzərindəki dizayn elementləri bu modelə tam uyğun gəlib.

NOAA (Milli Okean və Atmosfer Administrasiyası) komandasının tədqiqatçısı bildirib ki, avtomobilin ön nömrə nişanında qismən "SHIP SERVICE" sözlərini oxumaq mümkün olub. Lakin uzun illər su altında qalma səbəbindən plitənin alt hissəsi ciddi korroziyaya uğrayıb və tam oxunmayıb.
Ən böyük sual isə bu avtomobilin müharibə dövründə bir təyyarə gəmisində nə məqsədlə yerləşdirildiyidir. ABŞ Hərbi Dəniz Qüvvələrinin II Dünya müharibəsi zamanı şəxsi avtomobilləri hərbi gəmilərlə daşımasına dair bu günə qədər heç bir nümunə qeydə alınmayıb.

Mütəxəssislər hesab edirlər ki, avtomobil ya gəminin komandiri, kapitan Elliott Bakmasterə, ya da döyüş zamanı “Yorktown”u flaqman kimi istifadə edən kontr-admiral Frenk Fletçerə məxsus ola bilər.
Qeyd edək ki, “USS Yorktown” gəmisi 4 iyun 1942-ci ildə Yapon torpedalarının hücumuna məruz qalıb və 7 iyun tarixində tamamilə batıb. Ekipaj üzvlərinin həyatını xilas etmək üçün təyyarələr və ağır silahlar dənizə atılsa da, nədənsə bu avtomobil gəmidə qalıb.
Araşdırma aparan ekspedisiya qrupu bildirir ki, onlar bu maraqlı sirrin arxasındakı həqiqəti ortaya çıxarmaq üçün tədqiqatları davam etdirəcəklər.

Eltac Zülfüqaroğlu
50 il əvvəl XXI əsrin avtomobilini belə təsəvvür edirdilər - FOTOLAR
“Şamaxinka”da tıxaca səbəb olan taksilər niyə yığışdırılmır? - DYP-dən AÇIQLAMA FOTOLAR
Dayanacağı zəbt edən yarım milyonluq “BMW”nin SAHİBİ KİMDİR? - FOTO
Hərəkət qaydası dəyişdi - "Şamaxinka"da ilk dəfə svetoforlar işə düşdü - FOTO - VİDEO
Vahid platforma belə olur: 8 fərqli avtomobil - FOTOLAR
"KAMAZ"ın 50 yaşı tamam olur - FOTOLAR
Bakının nəqliyyat infrastrukturu necə dəyişəcək? - Baş planda belədir - FOTO
Bu 7 naziri nə birləşdirir? - Maraqlı MƏLUMATLAR
Avtomobil mövzusunda qeyri-adi nominallı sikkə - FOTO
Avtodayanacaqda iki avtomobildən 30 milyon dollar oğurlanıb – Polis 4 nəfəri axtarır - ANBAAN VİDEO
Hibrid avtomobil necə ortaya çıxdı? - FOTO










