İşlədiyi şirkətdən pul mənimsədi; maşının şüşəsini sındırıb "oğurluq" səhnəsi yaratdı - FOTO

İmişlidə işlədiyi şirkətdən pul mənimsəyən şəxs saxlanılıb. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.
Bildirilib ki, avqustun 18-də Sabirabad rayon sakini Nicat Ağayev İmişli Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək rayon ərazisində saxladığı nəqliyyat vasitəsinin yan şüşələrinin naməlum şəxs və ya şəxslər tərəfindən qırılması, avtomobildə olan pul, mobil telefon və sənədlərin oğurlanması barədə məlumat verib.
Daxil olan müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən peşəkarlıqla keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsinin vətəndaşın özü tərəfindən törədilməsi müəyyən edilib.
Araşdırmalar zamanı məlum olub ki, şirkətlərin birində satış təmsilçisi kimi çalışan N.Ağayev satışdan əldə olunan 4137 manat pulu mənimsəyib. Daha sonra isə izi itirmək üçün avtomobilin yan şüşəsini daşla qıraraq, nəqliyyat vasitəsindən şirkətə məxsus 4370 manat, eləcə də özünün 120 manat pulunun, mobil telefonunun və avtomobilin müvafiq sənədlərinin oğurlanması səhnəsi yaradıb və bu barədə polisə məlumat verib.
Şöbə əməkdaşları tərəfindən onun üzərinə keçirilən baxış zamanı 1454 manat pul, eləcə də oğurlanması barədə məlumat verdiyi mobil telefon və digər sənədlər aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı N.Ağayev barəsində İmişli RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
50 il əvvəl XXI əsrin avtomobilini belə təsəvvür edirdilər - FOTOLAR
“Şamaxinka”da tıxaca səbəb olan taksilər niyə yığışdırılmır? - DYP-dən AÇIQLAMA FOTOLAR
Dayanacağı zəbt edən yarım milyonluq “BMW”nin SAHİBİ KİMDİR? - FOTO
Hərəkət qaydası dəyişdi - "Şamaxinka"da ilk dəfə svetoforlar işə düşdü - FOTO - VİDEO
Vahid platforma belə olur: 8 fərqli avtomobil - FOTOLAR
"KAMAZ"ın 50 yaşı tamam olur - FOTOLAR
Bakının nəqliyyat infrastrukturu necə dəyişəcək? - Baş planda belədir - FOTO
Bu 7 naziri nə birləşdirir? - Maraqlı MƏLUMATLAR
Avtomobil mövzusunda qeyri-adi nominallı sikkə - FOTO
Avtodayanacaqda iki avtomobildən 30 milyon dollar oğurlanıb – Polis 4 nəfəri axtarır - ANBAAN VİDEO
Hibrid avtomobil necə ortaya çıxdı? - FOTO












