İndiyədək məlum olmayan sirli elektropikap görüntüləndi - FOTO

Əvvəllər məlum olmayan və evakuatorla daşınan pikapın fotoşəkli ortaya çıxıb.
Avtosfer.az xəbər verir ki, sözügedən foto "Reddit" platformasında yayılıb.
Təsdiqlənməmiş məlumatlara görə, bu avtomobil 2022-ci ildə yaradılmış "Slate Auto" startapının ilk modelidir.
Məlumata əsasən, startap müxtəlif investorlar, o cümlədən "Amazon"un qurucusu, milyarder və dünyanın ən varlı insanlarından biri olan Ceff Bezos tərəfindən maliyyələşdirilir.
"Slate Auto"nun məqsədi təxminən 25 min ABŞ dolları qiymətində, ikiqapılı kabinəyə malik sərfəli pikap modelini bazara çıxarmaqdır. Fotoşəkildə əks olunan avtomobil bu konsepsiyaya uyğun gəlir. O, nisbətən kompakt ölçüləri, sadə və məqsədli şəkildə minimalistik dizaynı ilə seçilir. Radiator barmaqlıqlarının olmaması isə avtomobilin elektrikli olmasına işarə edir.(oxu.az)

Avtodayanacaqda iki avtomobildən 30 milyon dollar oğurlanıb – Polis 4 nəfəri axtarır - FOTO
Hibrid avtomobil necə ortaya çıxdı? - FOTO
İlk avtomobil patentinin günü - FOTO
Bahalı kortej yox, sadə avtomobil: Hansı ölkə rəhbərləri ucuz maşın seçir? - ARAŞDIRMA
Azərbaycanlıların ilk tanış olduğu “xarici maşın”lardan birinin ildönümü - FOTO
Almanlara İran şahından yadigar qalan "Gelandewagen" - FOTO
Bu küçədə səki illərdir parkinqə çevrilib - FOTO
Bakıdakı bu ərazidə hərəkətin təşkili belə olmalıdır – TƏKLİF - FOTO
Formula-1 yarışlarının təhlükəsizlik avtomobilləri - FOTO
"Ferrari"nin əfsanəvi modeli HƏRRACDA - FOTO
Transformerlərə bənzəyən avtomobil təqdim olundu - FOTOLAR










